İntellekt yarışının qalibləri – UNEC tələbələri

17 OKTYABR 2017 | VIEWS:
1287

22449901_1432782920153656_1496392985195356436_nOktyabrın 17-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “18 oktyabr – Müstəqillik Günü” münasibəti ilə tələbələr arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə “Nərimanov Kuboku” keçirilib.

Təfəkkür Universitetində təşkil edilən oyunda ölkənin 12 ali və orta təhsil müəssisəsinin komandaları iştirak edib. UNEC-i SABAH qruplarının IV kurs tələbələri Rəsul Rəsulzadə (kapitan), Heydər Abdullayev, Qurban Qurbanov, İqtisadiyyat fakültəsinin III kurs tələbələri Tamerlan Qurbanov, İlkin Hüseynov və Nemət İltifatlidan ibarət komanda təmsil edib.

Gərgin keçən intellekt yarışında UNEC komandası I yeri qazanaraq, “Nərimanov Kuboku”nun sahibi olublar.

II yerə Azərbaycan Kooperasiya Universiteti, III yerə isə Bakı Biznes və Kooperasiya Kollecinin komandaları layiq görülüblər.

UNEC komandasını təbrik edirik! 

1288 1