“İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin yeni sədri

16 FEVRAL 2018 | VIEWS:
1008

Fevralın 16-da “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin ümumi yığıncağı keçirilib.

Toplantı iştirakçıları “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin yeni sədrini, eləcə də İdarə Heyətinin və Nəzarət Təftiş Komissiyasının üzvlərini seçiblər.

Tədbirdə iştirak edən UNEC-in Tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova birliyin yeni sədri, “Beynəlxalq iqtisadiyyat” kafedrasın müəllimi Əhliman Abbasova və yeni üzvlərə uğurlar arzulayıb. O, UNEC-in müəllim və tələbələrinin üzvlük haqqından azad olduqlarını bildirib.

Toplantıda təşkilatın yaz semestri ərzində həyata keçirəcəyi layihələr haqqında fikir mübadiləsi aparılıb.

1009 1