19.10.2020-ci il tarixindən “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya” kafedraları və onların tərkibindəki tədris-metodiki laboratoriyaları  ləğv edilmişdir.

“Ekspertiza və standartlaşdırma” fakültəsinin “İstehlak mallarının ekspertizası”, “Standartlaşdırma və sertifikasiya“, “Qida məhsullarının texnologiyası”“Texnoloji maşınlar və sahə avadanlıqları” və “Fizika və kimya” kafedraları ləğv edilmiş və “Mühəndislik” fakültəsi, “Mühəndislik və tətbiqi elmlər” kafedrası yaradılmışdır.

 osman_ali_0034 osman_0017 DSC_0013  DSC_0009azer_huseynov5077770753492212874581_nazer_huseynov5753491112212874581_n

“İstehlak mallarının ekspertizası” kafedrasının xəbərləri UNEC NEWS-da

UNEC-in yenidən seçilən müəllimləri and içib (18.04.2018)
UNEC-də yeni laboratoriya yaradılacaq
 (09.04.2018)
Ulu Öndərə həsr olunan konfranslar tələbələrin elmi potensialını inkişaf etdirir (05.05.2017)
UNEC tələbələri müasir istehsal texnologiyaları ilə tanış olublar
 (23.11.2016)

ADNSU və UNEC tələbələri Azərbaycan gənclərinin müasir problemlərini müzakirə ediblər (19.11.2016)
“Dövlət Bayrağı Günü” UNEC-də qeyd edilib
 (08.11.2016)
UNEC-də “Sağlamlıq ayı” çərçivəsində tədbir keçirilib (02.11.2016)
UNEC-də Beynəlxalq standartlaşdırma gününə həsr olunan elmi-praktik seminar (18.10.2016)
Əmtəəşünaslıq fakültəsində konfrans: “İstehlak mallarının təhlükəsizliyi” (10.05.2016)
UNEC tələbələri Neft-Kimya Prosesləri İnstitutunun laboratoriyalarından istifadə edə biləcəklər (17.12.2015)

18242 2

Kafedra haqqında

“İstehlak mallarının ekspertizası” kafedrası  2015-ci ilin sentyabrında iki kafedranın – “Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası” və “Ərzaq malları əmtəəşünaslığı və ekspertizası” kafedralarının birləşməsi nəticəsində yaranmışdır. Hazırda kafedraya prof. Əli Həsənov rəhbərlik edir.

“Ərzaq malları əmtəəşünaslığı və ekspertizası”. 1967-ci ildə “Əmtəəşünaslıq” kafedrasından ayrılmışdır. Bu sahə üzrə mütəxəssislərin hazırlanmasına hələ 30-cu illərdən başlanılmışdır.

Kafedraya müxtəlif vaxtlarda dos. Nazim Mustafayev (1967-1973), dos. Aliya Karaşarlı (1973-1983), dos. Əhməd-Cabir Əhmədov (1983-1984; 1989-2001), prof. Aliya Karaşarlı (1984-1989), dos. S.H.İsfən­diya­rov (2001-2005), dos. Ə-C. Əhmədov (2005-2015) rəhbərlik etmişlər.

Uzun müddət “Ərzaq mallarının əmtəəşünaslığı” kimi fəaliyyətdə olan kafedranın adı daha sonralar dəyişdirilərək, “Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası” kimi öz missiyasını yeni şəraitdə davam etdirmişdir.

Kafedranın əməkdaşları Moskva, Kiyev, Odessa, Mogilyov, Xarkov, Tbilisi, Alma-Ata şəhərlərində keçirilən konfranslarda elmi məruzələrlə çıxış etmişlər. Kafedra əməkdaşlarından 7 nəfəri müəlliflik şəhadətnaməsi almış, 4 texnoloji təlimat hazırlamış və 4 yeni məhsulun istehsalını istehsalata tətbiq etmişlər.

Kafedra “Azərsun” şirkətinin iki müəssisəsində (“Bakı yağ və qida sənaye ATSC” və “Qafqaz Konserv Zavodu”) istehsal edilən ərzaq məhsullarının keyfiyyətinin və ekoloji təmizliyinin ekspertizası üzrə dövlət büdcəli elmi-tədqiqat işi aparır. Eyni zamanda tələbələr “SUN TEA AZERBAYCAN” ASC-də əmtə­əşünaslıq-texnoloji təcrübə keçirlər. Kafedra istehsalatla daim əlaqə saxlayır. İsteh­salatla əlaqədar olaraq elmi-tədqiqat işləri aparılır.

Kafedrada “Azərbaycanda əhaliyə təklif edilən ərzaq mal­larının istehlak dəyərinin yüksəldilməsi yolları” probleminə həsr olunmuş “Azərbaycanda istehsal olunan meyvə-tərəvəz konservlərinin, ye­yinti yağ­larının, dən-un məhsullarının və balıq məhsullarının istehlak xas­sələrinin öyrənilməsi” mövzusunda elmi-tədqiqat işləri yerinə yetiril­miş­dir.

“Qeyri-ərzaq malları əmtəəşünaslığı və ekspertizası”. Kafedra “Əmtə­əşü­naslıq” kafedrasının bazasında, onun iki yerə ayrılması ilə 1967-ci ildən fəaliyyət göstərir. 1967-1976-cı illərdə kafedraya görkəmli Azər­baycan əmtəəşünas-alimi, dosent Soltan Salmanov rəhbərlik etmiş­dir. Kafedraya 1976-1985-ci illərdə t.e.n., dosent Cavanşir Vəliməmmədov, 1985-1992-ci illərdə prof. Əli Pənah oğlu Həsənov, 1992-1994-cü illərdə dos. Nurəddin Həsənov, 1994-2008-ci illərdə tex.e.n., dos. C.M.Vəliməmmədov, 2008-2014-cü illərdə  tex.e.n., dos. S.İ.Abdullayeva rəhbərlik etmişlər.

2009-cu ildə Nazirlər Kabinetinin təsdiq etdiyi yeni ixtisas istiqamətinə əsasən kafedra “İstehlak mallarının ekspertizası” kafedrası ilə birləşərək “Qeyri-ərzaq malları əmtə­əşünaslığı və ekspertizası” adlandırılmışdır.

Kafedrada 2 ixtisas üzrə: “Qeyri-ərzaq malları əmtəəşünaslığı” və “İstehlak mallarının keyfiyyət ekspertizası” ixtisasları üzrə bakalavr və magistr hazırlığı həyata keçirilib.

*

Kafedranın nəzdində fəaliyyət göstərən tədris laboratoriyalarında mövcud olan cihaz, avadanlıqlar, həmçinin əyani vəsaitlər tədris planında nəzərdə tutulmuş mühazirə və laboratoriya məşğələlərinin qənaətbəxş səviyyədə keçiril­məsinə imkan verir.

Tədrisin keyfiyyətini yüksəltmək məqsədilə kafedranın əmək­daşları tərəfindən onlarla dərslik, dərs vəsaitləri, proqram, metodik göstərişlər hazırlanmış və nəşr edil­miş­dir.

Kafedranın professor-müəllim heyəti ixtisas kurslarının tələbələrini elmi işlərə cəlb edirlər. Hər il 18-20 tələbə elmi işlərin aparılmasında iştirak edir və öz məruzələrinin tezislərini konfransların materiallarında çap etdirirlər. Bu tələbələrin əksəriyyəti öz təhsillərini sonradan magistraturada davam etdirir.

Kafedra aşağıdakı təşkilat və müəssisələrlə sıx əməkdaşlıq edib:

  1. İqtisadi İnkişaf Nazirliyi;
  2. “Azərsun Holdinq” Səhmdar Cəmiyyəti;
  3. Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Ko­mis­si­yas­ı;
  4. “Ramana” Açıq Tipli Səhmdar Cəmiyyəti;
  5. “Alyans” Açıq Tipli Səhmdar Cəmiyyəti.

Bu təşkilatlarda tələbələr istehsalat təcrübəsi keçir, buraxılış işləri üzrə materiallar toplayır, nəzəri biliklərini təcrübə ilə birləşdirirlər. On­ların aparıcı mütəxəssisləri istehsalat tərəfindən bizim təcrübəyə göndər­diyimiz tələbələrə rəhbərliyi həyata keçirirlər.

Kafedra Müstəqil Dövlətlər Birliyinin bir sıra ali məktəbləri ilə sıx əlaqələr yaratmışdır. Onlardan Q.V.Plexanov adına Moskva İqtisadiyyat Aka­demiyası, Moskva Kooperativ Univer­siteti, Moskva Toxuculuq Universiteti, Tbilisi və Kutaisi Dövlət Universitetlərini göstərmək olar.