Kafedralarda dərslərin monitorinqinə start verilib

09 MART 2016 | VIEWS:
2217

Martın 9-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsinin tərkibindəki kafedralarda müəllimlərin dərslərinin monitorinqi təşkil edilib.

Monitorinqdə fakültə dekanı, dosent Mirağa Əhmədov və kafedra müdirləri –professorlar Hidayət Cəfərov, Zakir Məmmədəliyev, dosentlər Telman İmanov və Məhərrəm Əkbərov iştirak ediblər.

Sonra müvafiq kafedralarda dərslərin müzakirəsi aparılıb. Bildirilib ki, Azərbaycan tarixi kafedrasının müəllimləri professor V.Həsənovun “Azərbaycan feodal dövlətləri IX əsrin ortaları – XIIIəsrin əvvələrində”, professor A.Seyidovun isə“Azərbaycan XIII-XIV əsrin birinci yarısında. Monqol əsarəti” mövzularında dərsləri dinlənilib. Hər iki dərsin təqvim-plana, sillabusa, proqrama uyğun, eyni zamanda günün tələbləri səviyyəsində keçirildiyi məyyənləşdirilib.

Marketinq kafedrasında dosentlər İ.Xeyirxəbərovun “Məlumatların yığılması metodları”, L.Hacıyevanın “Сегметирование и потребительское поведение на зарубежных рынках”, baş müəllim Ə.Qasımovun isə “Məhsulun həyat dövrü, məhsulun planlaşdırılması, marketin araşdırması” mövzularında dərslərinin interaktiv qaydada təşkil edildiyi bildirilib. Dərs prosesində müəllimlərin praktik məsələlərin həlli yollarını göstərməsini tələbələr maraqla qarşılayıb.

Ticarət kafedrasının dosentləri İ.Vəliyevanın “Kommersiya fəaliyyətinin psixologiyası və etikası”, M.Səmədovanın isə “Психология и этика коммерческой деятельности” mövzularında olan dərslərində müəllimlərin tələbələrlə diskusiyası yüksək qiymətləndirilib. Dərslərin dialoq şəklində aparılması və psixoloji aspektlərin açıqlanması tələbələrin daha aktiv olmalarına gətirib çıxarıb. Bildirilib ki, Fəlsəfə kafedrasında dosent N.Məmmədovanın “Средневековая западная философия” mövzusunda keçdiyi dərsdə əyani vəsaitlərdən istifadə etməsi tələbələrin diqqətini xüsusi ilə cəlb edib.

Monitorinqlər mütəmadi davam etdiriləcək və vaxtaşırı fakültə elmi şurasında nümunəvi dərslərin təcrübəsini yaymaqla yanaşı, gənc müəllimlərə lazımi istiqamətlər veriləcək.

2218 1