Kommersiya fakültəsində yeni layihəyə start verilib

03 NOYABR 2015 | VIEWS:
3576

Noyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kommersiya fakültəsi “BMG International” şirkəti ilə birgə “Müəssisənin marketinq problemlərinin həlli yolları” layihəsinə start verib.

Fakültə dekanı Mirağa Əhmədov layihə haqqında məlumat verərək bildirib ki, Kommersiya fakültəsinin tələbələri “BMG International” şirkəti ilə marketinq tədqiqatları həyata keçirəcəklər. Bu, şirkətin məhsul satışlarının səmərəliliyini artırılmasına öz müsbət təsirini göstərəcək. UNEC tələbələri isə bilik və təcrübə əldə edəcəklər. Eyni zamanda təhsil səviyyəsinin və tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək. “Müəssisənin marketinq problemlərinin həlli yolları” layihəsitədris ilinin sonuna qədər davam edəcək və əldə olunan vəsaitin 10 faizi tələbələrin gələcək layihələrinin həyata keçirilməsinə sərf ediləcək.

Layihəyə dəstək üçün Marketinq kafedrasının dosenti İsmayıl Xeyirxəbərov tələbələrə marketinq tədqiqatlarının elmi metodiki əsasları haqqında danışıb. “BMG İnternational” şirkətinin təsisçisi və direktoru Sənan Həsənov isə marketinqdə brend xarakterinin formalaşdırılmasının sirlərini bölüşüb. S.Həsənov layihə xərclərini şirkətin qarşılayacağını qeyd edib.

Layihəyə dəstək məqsədi ilə “EXUS Consalting & Training Business Education” şirkətinin icraçı direktoru Günel Hüseynova tədqiqat layihəsinin bir istiqamətini “Kəşfiyyat tədqiqatını” təmsil etdiyi şirkətin tələbələrlə birgə aparacağını bildirib.

3577 1