Made in Azerbaijan – 2018: Biznes ideyaların qəbuluna başlanılır

15 FEVRAL 2018 | VIEWS:
2479

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, “Kapital Bank” ASC və UNEC-in birgə təşkilatçılığı ilə tələbələr arasında 3-cü “Made in Azerbaijan” biznes ideya müsabiqəsinə start verilir.

“Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı UNEC-in Strateji Planı” çərçivəsində keçirilən müsabiqədə Azərbaycanın bütün ali məktəblərinin tələbələri işirak edə bilər.

Müsabiqənin təşkilində əsas məqsəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 yanvar 2016-cı ildə “Qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncamın tətbiqinə ali təhsil müəssisələri səviyyəsində dəstək vermək, tələbələr arasında sahibkarlıq fəaliyyətini təbliğ etməkdir.

Müsabiqənin mükafat fondu:

Müsabiqədə ilk üç yeri tutan tələbələr qiymətli hədiyyələrlə yanaşı bir həftə Türkiyənin aparıcı universitetlərində fəaliyyət göstərən uğurlu startapların təcrübəsinin öyrənilməsi imkanını əldə edəcəklər.

“Made in Azerbaijan-3” biznes ideya müsabiqəsinin qrafiki aşağıdakı kimidir:

– 15 fevral-31 mart 2018 – Biznes ideyaların qəbul edilməsi;
– 01 aprel-20 aprel 2018 –  Təqdim edilən biznes ideyaların Ekspert Şurası tərəfindən dəyərləndirilməsi və finalçıların müəyyən edilməsi.

Final mərhələsi aprel-may aylarında həyata keçiriləcək və dəqiq tarix haqqında əlavə məlumat veriləcək. Qaliblərə UNEC-in İnnovativ Biznes İnkubatorunda rezident olaraq fəaliyyət göstərmək təklif ediləcəkdir.

*
Biznes ideyaların təqdim edilməsi barədə tələblər:

  • Biznes ideya fərdi olaraq bir nəfər tərəfindən hazırlanmalı və təqdim edilməlidir;
  • İdeyalar Sərəncama və müsabiqənin missiyasına uyğun olmalıdır;
  • Modern, orijinal, kreativ və aktual yanaşma olmalıdır;
  • Layihənin daxili bazarda tətbiqinin reallığı olmalıdır;
  • Layihənin formatı (esse, təqdimat, video-çarx və digər);
  • Biznes ideyaya uyğun və onun reallaşdırılmasına dair maliyyə planının mövcudluğu.

*
BİZNES İDEYANIN GÖNDƏRİLMƏSİ FORMATI

Soyadı, adı və atasının adı:
Mobil nömrə:
E-mail:
Təhsil aldığınız universitet, ixtisas və kurs:
Layihənin adı:
Layihənin qısa təsviri:
Layihənin təqdimat faylı:
Biznes ideyanın reallaşdırılması üçün lazımi vəsait (Maliyyə planı):

Əlavə qeyd:

İdeyalarınızı 31 mart 2018-ci il tarixinə qədər [email protected] elektron ünvanına göndərə bilərsiniz. Elektron ünvanın “mövzu/subject” bölməsində “biznesideya2018” sözünü yazmağı unutmayın.

2480 1