“Made in Azerbaijan”-ın qalibi: “tagWishes.com” – arzuları reallaşdıran layihə

26 APREL 2016 | VIEWS:
1912

Fəqan Çələbizadə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformatika və idarəetmə fakültəsinin III kurs tələbəsidir. “Made in Azerbaijan” biznes ideya müsabiqəsində  “tagWishes.com” layihəsi ilə II yerin qalibi olub. Fəqanla müsahibəni təqdim edirik:

Fəqan, layihə istifadəçilərə nə qazandıracaq, başqa sözlə, hansı problemlərini həll edəcək?

-Layihə bir neçə problemi həll edir.

Hədiyyə seçimi: Adətən hər birimiz kiməsə hədiyyə almaq istəyəndə nə alacağımızı  çox düşünürük. Sonda aldıgımız hədiyyənin əks tərəfin xoşuna gələcəyini bilmirik. “tagWishes.com” istifadəçiləri isə sadəcə hədiyyəni almaq istədiyi şəxsin profilinə daxil olaraq hər hansı bir arzusunu seçib hədiyyə edə bilər. Eyni hədiyyənin başqa birisi tərəfindən verilməməsi üçün isə “rezerv” funksiyasını əlavə etmişik. Həmin funksiya vasitəsilə hər arzunu yalniz bir şəxs rezerv edə biləcək. Düşünürəm ki, insanın hər hansı bir arzusunu gerçəkləşdirmək ona verilənən gözəl hədiyyələrdən biri olar.

Dostlarımızın və ya məşhur insanların istəkləri və reallaşdırdıqları arzuları izləmək imkanı əldə edirik:

Məsələn, deyək ki, hər hansı məşhur birinin hansı brend markalı məhsullardan istifadə etdiyini bilmək istəyirsiniz. Bunun üçün həmin şəxsin profilinə daxil olmaq kifayət edəcək. Orada onun həm arzuladığı, həm də reallaşan, yəni artıq əldə etdiyi geyimlərin hansı markadan və ya görünüşcə necə olduğunu görə bilərik.

Motivasiya alırıq:

Dostlarımıza abunə olduqda artıq son paylaşmalar bölməsində bütün dostlarımızın paylaşdıgı arzuları görəcəyik. Bu, bizə dəöz arzularımızı gerçəkləşdirməyə stimul verəcək.

Arzularımız göz qabağında olur:

Psixoloji araşdırmalar onu göstərir ki, arzumuzu hardasa, məsələn, kağıza yazsaq onun reallaşması daha asan olur. Çünki artıq arzumuz fikir kimi deyil, real görə və toxuna biləcəyimiz bir materialda yer almış olur. Bu barədə kitablarda da cox yazılıb. Beləliklə, arzumuzu tagWishes.com saytına əlavə etdikdə, artıq saytdan hər dəfə istifadə etdikdə arzumuz göz qabagında olacaq və onu reallaşdırmaq ucun daha çox səy göstərmiş olacağıq.

-Saytın təhlükəsizliyi necə təmin olunacaq?

-Özum artıq 5 ilə yaxındırki, proqramlaşdırma ilə məşğulam, buna gorə də təhlukəsizlik tədbirlərini gormüşəm. Təbii ki, hec bir sayt tam təhlukəsiz deyil. Layihə tam istifadəyə verildikdən sonra vəziyyətdən asılı olaraq komandaya təhlükəsizliyi artirmaq üçün proqramçılar cəlb olunacaq.

-Saytın reklamını necə təşkil edəcəksiniz?

Universitetdə artıq 2 böyük layihəm olub: “Özünü sına” və “Elektron Apelyasiya”. Tələbələrin muəyyən qədər inamını qazana bilmişəm. İlk öncə layihəni UNEC-də tanıtmağa çalişacam. Saytdan bir dəfə istifadə artıq kifayət edəcək ki, daimi istifadəçilər olsun. Tələbələrin bu layihəyə maraq gostərəcəyinə və mənə bu işdə dəstək olacaqlarına əminəm.Müəyyən bir kütlə üçün həmin saytı test də etmişik. Çoxlu sayda maraqlananların olduğunu gördük. İnanıram ki, uğurlu olacaq.

Kifayət qədər populyar saytlar, sosial şəbəkələrin olduğu “bazar”da sizin saytınız rəqabətqabiliyyətli olacaqmı?

-Bir cox ölkələrdə ümumiyyətlə belə bir layihə yoxdu, yəni rəqabətdə yoxdur. Biz araşdırdıq, yalniz bir ölkədə bizim layihəyə oxsar layihə tapdıq. Onlarla da rəqabətin cətin olacağını düşünmürəm. Oxşar layihələr var, amma onlar başqa, bizim layihə başqa problemləri həll edir.

Bu sosial şəbəkədən yalnız ölkə daxilində istifadə ediləcək?

-Xeyr, şəbəkəyə bütün ölkələrdən qoşulmaq imkanı olacaq. Bu “facebook”, “instagram” və digər sosial şəbəkələr kimidir, istənilən ölkədən profil açıb şəbəkənin istifadəçisi olmaq mümkündür.

-Bəs gəlir necə əldə edəcəksiniz?

-Şəbəkə kifayət qədər populyar olduqdan sonra düşünürəm ki, reklamların sayı da artacaq. Gələcəkdə brend mağazaların məhsullarının onlayn satışını da əlavə etməyi planlaşdırıram.

– Üç böyük layihə işlədiniz. Dərsləri çatdırmaq çətin olmur?

-Kəsirim yoxdur, hətta zərbəçiyəm. “Özünü sına”nın rəhbəri olub, zəif oxumaq mümkün deyil. Mən də dərsləri testləri bazaya yükləyə-yükləyə öyrənirəm.

Qeyd: Fəqan Çələbizadə ilk dəfə UNEC-də tətbiq olunan “Özünü sına” onlayn sınaq imtahanı portalının  və “Elektron Apelyasiya” layihələrinin müəllifidir.

1913 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser