Magistraturada yeni təhsil standartlarının ilk ünvanı: UNEC

13 SENTYABR 2017 | VIEWS:
1954

UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinə (BMDM) 2017/18-ci tədris ili üçün magistr qəbulu uğurla başa çatıb.

UNEC-də magistratura təhsilinin səmərəli və beynəlxalq standartlar səviyyəsində aparılması üçün yaradılan BMDM-də plan yerlərinin 99 faizinə magistr qəbulu həyata keçirilib. Sevindirici haldır ki, qəbul olunan magistrlərin 95.6 faizi ilk turda UNEC-i seçiblər. Daha bir qürurverici məqam isə 2017/18-tədris ili üzrə Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistratura pilləsinə keçirilən qəbul imtahanlarında ölkə üzrə ən yüksək balı toplayan ilk üçlüyün məhz UNEC-in təhsil imkanlarından yararlanmaq istəyidir. Respublika birincisi Yaşar Nəsibov, respublika ikincisi Cavid Əliyev və respublika üçüncüsü Turqay Şirinbəyli mərkəzin təklif etdiyi ikili diplom, mübadilə proqramları, xarici və yerli şirkətlərdə təcrübə, xarici ölkələrdə yay və qış məktəblərində fəal iştirak imkanlarını nəzərə alaraq BMDM-də magistr təhsili almağa qərar veridiklərini bildiriblər.

Qeyd edək ki, BMDM-də tədris 11 ixtisas 39 ixtisaslaşma üzrə Azərbaycan, ingilis, rus və türk dillərində həyata keçirilir. BMDM-i ali təhsilin magistratura pilləsi üzrə yeni təhsil standartlarının modernləşdirilməsinin təşəbbüskarı olmaqla yanaşı, bu standartlarla ölkəmizdə fəaliyyət göstərən ilk mərkəzdir.

1955 1