Menecment ixtisası məzunlarının nəzərinə: Diplomlar hazırdır

19 OKTYABR 2017 | VIEWS:
907

2016/2017-ci tədris ilində UNEC-in Biznes və menecment fakültəsinin menecment ixtisasından məzun olan şəxslərin diplomları hazırdır. 526, 528, 530, 532, 534, 536, 2512 və 2507-ci qrup məzunları diplomlarını əldə etmək üçün UNEC-in əsas tədris binasında (İstiqlaliyyət 6) Tələbə şöbəsinə (106 saylı otaq) yaxınlaşa bilərlər.

Qeyd: Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən UNEC-ə 2016/2017-ci tədris ilinin bakalavr məzunları üçün 4476 ədəd diplom blankı göndərilib. Diplomların hazırlanması – yazılması, hər ixtisasa uyğun olaraq komissiya sədrləri tərəfindən imzalanması, rektorun imza və möhürü ilə təsdiq olunması prosesinə başlanılıb.

Diplomlar fakültə və ixtisaslar üzrə ardıcıllıqla təqdim ediləcək. Hər ixtisas üzrə diplomlar tam hazır olduqdan sonra unec.edu.az saytında və UNEC-in Facebook sosial şəbəkədəki rəsmi səhifəsində bu barədə məlumat veriləcək.

908 1