fereh

Rəhmani Fərəh Polad qızı

Rəhmani Fərəh Polad qızı 1990-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” fakültəsini bitirmişdir. 2014-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Marketinq” ixtisası üzrə magistr dərəcəsini almışdır.

2012-ci ildən ADİU-da “Müəssisənin iqtisadiyyatı” kafedrasında laborant, böyük laborant, müəllim vəzifəsində çalışmışdır. 2014-cü ildə “Müəssisənin iqtisadiyyatı” kafedrasına “Sənayenin təşkili və idarə edilməsi” ixtisası üzrə dissertant təhkim olunmuşdur. 2013-2016-ci illərdə UNEC-də saathesabı qaydasında dərslər aparmışdır.

2017-ci ildən UNEC-in Rus İqtisad Məktəbin “İqtisadiyyat” kafedrasında müəllim vəzifəsində çalışır.

2016-ci ilin fevral ayında UNEC-in keçirdiyi  “Universitet sistemində interaktiv təhsil” mövzusunda təlimdə iştirak etmişdir və qrup üzrə I-ci yerə layiq görülmüşdür. 8 elmi məqalələrin müəllifidir.

Ailəlidir.