“Müəllim istənilən fənni maraqlı edə bilər” – Beynəlxalq İqtisadiyyat Məktəbinin gənc müəllimi

23 NOYABR 2015 | VIEWS:
3102

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin dünyanın nüfuzlu universitetlərindən məzun olan müəllimlərini təqdim edir:

Musa Əfəndiyev 1991-ci ildə Bakıda dünyaya gəlib. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinə (TÜDİFAK) qəbul olub. Bir il türk dilində təhsil aldıqdan sonra təhsilini Beynəlxalq İqtisadi Münasibətlər (BİM) ixtisası üzrə Xüsusi İstedadlar Qrupunda (XİQ) ingilis dilində davam etdirib.

2012-ci ildə Türkiyənin Boğaziçi Universitetində MBA proqramına qəbul olub. Oxuduğu müddətdə Türkiyə höküməti təqaüdçüsü olub. Bundan əlavə, ikinci magistr dərəcəsini Təhsil Nazirliyinin 2007-2015-ci illər üçün nəzərdə tutulan Xaricdə Təhsil üzrə Dövlət Proqramı çərçivəsində London İqtisadMəktəbində (LSE) alıb.

2015-ci ildə Bakıya qayıdıb. Sentyabr ayından etibarən UNEC-də marketinq fənnini tədris edir.

Həm təhsil aldığı müddətdə, həm də təhsilini bitirdikdən sonra bir çox yerli və xarici marketinq/reklam şirkətləri ilə işləyib.

* * *

– Məzunu olduğunuz universitetə yenidən müəllim olaraq qayıtmaq necə hissdir?

– Düzü, bakalavrda oxuduğum müddətdə müxtəlif səbəblərdən İqtisad Universitetinin üç korpusunda da dərslərimiz olurdu, amma təhsil illərimin böyük hissəsi məhz burda – mənə həmişə doğma olan İstiqlaliyyət küçəsi 6-da keçib. Üç il sonra bura qayıtmaq çox xoş oldu. Etiraf edim ki, tələbə olanda publika qarşısında çıxış etmək məni ciddi dərəcədə həyəcanlandırırdı, amma müəllim kimi auditoriyada danışmaq gözlədiyimdən xeyli rahatdır. Mən 2012-ci ildə, bakalavr təhsilimi bitirən kimi İstanbula, oradan da Londona getdim. Bakıya qayıdan kimi isə öz universitetimdə işə başladım. Bir tərəfdən də nəzərə alanda ki, oxuduğum universitetlərdə gənc müəllimlərim olub və onlar kimi davranmağa çalışıram, deyə bilərəm ki, təsəvvür etdiyim qədər çətinliklə qarşılaşmadım.

– UNEC-də pedoqoji fəaliyətə sizi cəlb edən nə oldu?

– Əvvəlcə akademik həyatı davam etməyə maraqlı deyildim. Sonra düşündüm ki, magistr dərəcəsi alım, bundan sonra hətta ikinciyə də ehtiyac duydum. Akademik mühitin rahatlığı, marketinq sahəsi və əsasən də onun rəqəmsal, kantitatif, araşdırma tərəfi mənə daha maraqlı gəldi. Qərara gəldim ki, bu sahənin professional tərəfi ilə yanaşı, akademik tərəfini də öyrənim. Çünki Türkiyədə də, İngiltərədə da oxuyarkən bunun mümkünlüyünü gördüm. Orda həm işləyir, həm də oxuyurdum. Azərbaycanda bir çox sahədə mütəxəssislər əsasən təcrübəyə, işə yönəlir, ixtisaslarının akademik tərəfinə önəm vermirlər. Akademik istiqamət isə insanı daha çox yönləndirə bilir, məsələyə fərqli yanaşma qoymaq şansı verir. O baxımdan da gəlib dərs demək istədim. Həmin ərəfədə UNEC “Gənc müəllimlər” layihəsinə start verdi, müraciət etdim. Çalışdığım üçün saat hesabı dərs deməyə başladım. Beləcə, həm də universitetin resurslarından istifadə edərək sahəm üzrə araşdırmalar da apara bilirəm.

– Türkiyə və Londonun ən nüfuzlu universitetlərində təhsil almısınız. Müşahidələriniz nə deyir, orada müəllim-tələbə münasibəti necə qurulur? Hansı məqamları Azərbaycanla müqayisə edə bilərik?

– Orda müəllim heyəti öz sahələri üzrə davamlı şəkildə müxtəlif tədqiqatlar edirlər, hər il yüzlərlə məqalə çap olunur. Universitetlər də bunda maraqlıdır. Bir tələbə kimi tədqiqat aparmaq istədiyiniz hər hansi bir mövzuda sizi yönləndirə bilən müəllim tapa bilirsiniz. Bu cür araşdırmalarda iştirak etmək müəllim-tələbə münasibətinin hər iki tərəfi üçün maraqlıdır. Kafedralarda bir fənn üzrə xeyli sayda müəllim olduğu üçün bu da müvafiq sahələr üzrə bir çox fərqli yanaşmanın, fərqli mövzularda araşdırmaların aparılmasının mümkünlüyü mənasına gəlir. Bundan əlavə, yalnız akademik təcrübəsi olan müəllimlər öz dərslərinə real iş həyatından “qonaq leksiyaçılar” dəvət edirlər, gələn təcrübəli insanlar da tələbəyə fənnin nəzəri tərəfi ilə yanaşı, praktik hissəsini də mənimsəməyə kömək edir. Bunun kimi bir çox detal var ki, birbaşa təhsilin keyfiyyətinə təsir edir.

– UNEC tələbəsi təhsilini Türkiyədə və Londonda davam etdirərək,yenidən müəllim kimi universitetimizə qayıtdi, özü ilə bizim müəllimlərdə görmək istədiyi hansı cəhətləri gətirdi?

Bu haqda danışmaq bir az çətindir. Çünki bilirəm ki, məndə hər müəllimdən nəsə qalıb, birinin imtahanetmə üslubu, o birinin mühazirə deməsi, digərinin seminar aparmağı… Hətta geyim üslubu, aksenti, vurğusu… Bakalavr pilləsində də müəllimlərim çox yüksək səviyyəli və real biznesdən gələn insanlar idi. Güclü akademik kariyerası olan müəllimlərimiz də çox idi. Onlardan çox şey götürmüşəm. Tələbə üçün maksimum maraqlı görünmək lazımdır. Məsələn, maliyyə dərsi kiməsə maraqsız gələ bilər. Amma müəllimdən çox şey asılıdır və müəllim istənilən fənni daha maraqlı edə bilər.

– Beynəlxalq İqtisadiyyat Məktəbinin,onun tələbələrinin digər fakültələrin tələbələrindən nə fərqləndirir?

– Bildiyiniz kimi, Beynəlxalq İqtisadiyyat Məktəbində tədris ingiliscədir. İndiki dövrdə ingiliscə bilmək sizi heç kəsdən fərqləndirmir. Əksinə, bilməmək sizi geri salır. Amma ingilis dilinin tədrisi, üstəgəl öz ixtisasını bu dildə öyrənmək bir tələbənin digərlərindən 1:0 qabaqda başlaması deməkdir. Çünki elmdəki əksər yenilikləri bir çox hallarda ingilisdilli insanlar edirlər. Bütün bu sürətli dəyişiklikləri öz dilində tərcümədən izləmək çox çətin, hətta deyərdim mümkünsüzdür. Beynəlxalq İqtisadiyyat Məktəbinin ikinci üstünlüyü – müəllimlərin həm də, peşəkar təcrübələrinin olmasıdır.Təhsil müddətimdə – Azərbaycanda da, Türkiyədə də, Londonda da iş həyatından gələn insanların daha üstün olduğunu görmüşəm. Sadəcə nəzəriyyəçi olmayan müəllim tələbəyə daha çox şey verir. Bütün bunlar dərslərin quruluşuna da təsir edir. Məsələn mən çalışıram ki, dərslərim didaktik olmasın, diskusiyaya həmişə açıq olsun. Düzdür, müəyyən bir dərs kitabını tədris etsəm də, razılaşmadığım, o cümlədən, kitabda yazılan amma lokal qarşılığı olmayan məsələləri xüsusi qeyd edirəm. Səbəb göstərəndə də ya öz təcrübəmi, ya da hadisəni birinci dərəcədən təcrübə edən insanın fikirlərini əsas tuturam. Bütün bunlar dərsləri daha maraqlı edir.

3103 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser