Müharibə veteranının gənclərə tövsiyələri

02 FEVRAL 2016 | VIEWS:
2083

Müharibə veteranı, Azərbaycan Dövlət İqtisad Universitetinin(UNEC) İqtisadi məsələlər üzrə prorektoru Mikayıl Zeynalovun müsahibəsi

– Mikayıl müəllim, döyüşə nə vaxt yollandınız?

– 1990-cı ildə Sovet Ordusunda hərbi xidmətimi başa vurub Vətənə qayıdandan sonra Maliyyə – iqtisad kollecində oxuyur, tətillərdə isə könüllü döyüşə yollanıb, hərbi əməliyyatlarda iştirak edirdim. 1992-ci ildə isə təhsilimi qırmızı diplomla başa vurub, banka baş təftişçi vəzifəsinə təyinat aldım. Müharibənin ağır illəri idi, Bakıda oturub gözləyə bilməzdim. Özümdən böyük üç qardaşım da döyüşürdü. 23 yaşımda bankdakı vəzifəmi rəsmi qaydada donduraraq, könüllü döyüşə yollandım. Çox uğurlu hərbi əməliyyatlarda iştirak etdim. Dəfələrlə döyüşdə göstərdiyim şücaətə görə mükafata layiq görülmüşəm.

– Ən uğurlu hərbi əməliyyatınız haqqında danışmağınızı xahiş edirəm…

– 1994-cü il, yanvarın 4-dən 5-nə keçən gecə əks – hücuma keçərək, Füzuli rayonunun bir neçə kəndini düşmən tapdağından azad etdik. Qısa müddətə Böyük Bəhmənli, Yağlıvənd, Arayatlı, Babı, Horadiz və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinə qədər gedib çıxa bildik. O kəndlər bu günə qədər də bizim nəzarətimiz altındadır. Çox ağır döyüşlər gedirdi. Düşmənə xeyli zərbə vurduq.Horadiz qəsəbəsinin yaxınlığında Platin deyilən ərazi var, oradan Aran zonasını suvarmaq üçün Araz çayından kanal vasitəsi ilə su gəlirdi. Babı kəndində ermənilər o kanalın qabağını kəsib, suyu kəndə buraxmışdılar. Babı kəndi tamamən suyun içində qalmışdı.

– Bu irəliləməyinizə mane olmadı ki,?

– Hərəkət etmək çətin idi, amma bu bizi xilas etdi. Təsəvvür edin ki, böyük kanal, o üzdə ermənilər, bu üzdə isə biz. Biz kiçik çaplı silahlarla atəş açırdıq. Onlar isə əsasən “Qrad” qurğularından mərmiləri yağış kimi yağdırırdılar. Mərmilər su içində olan ərazidə şumlanmış yaş torpağa girir, açılmırdı. Açılanlar isə çox kiçik həcmdə partlayış sahəsi yaradırdı. Elə bizi ölümdən xilas edən də əsasən həmin ərazinin su içində olması oldu. Bu vəziyyətdə bütün gecəni döyüşdük, ermənilər çoxlu sayda canlı qüvvə itirdilər. Səhərə yaxın gördülər ki, müaqavimət göstərə bilmirlər, geri çəkildilər…

Ümumiyyətlə, həmin döyüşdə düşmən gördü ki, bu dəfə qarşısında həmişəki nizamsız ordu deyil. Artıq Ulu öndər Heydər Əliyev hakimiyyətə gəlmişdi və ölkədə ordu quruculuğuna başlanılmış, vahid komandanlıq yaradılmışdı. Ulu öndərin hakimiyyətə gəlişi ilə həm də Azərbaycan ordusundakı pərakəndəlik aradan qaldırıldı, bütün döyüşçülər vahid komandanlıq ətrafında birləşdi. Elə həmin döyüşlərdən sonra ermənilər gördülər ki, onlar artıq atəşkəsə razılıq verməsələr, nəinki Qarabağı, hətta Ermənistanı da itirə bilərlər. Buna görə də atəşkəsə nail olundu. O dövrdə atəşkəs bizim üçün də vacib idi. Çünki vahid ordu yaransa da maddi – texniki bazamız hələ lazımi səviyyədə deyildi. Məsələn, Arazboyunda bir gün ərzində 20 km. irəlilədik. Arxadan bizə yemək gətirə bilmədilər, xeyli müddət ac-susuz qaldıq. Qar yedik, yenə də geri qayıtmadıq, döyüşçülərin qələbə əzmi çox boyük idi, geri qayıtmaq qəbuledilməz idi.

– Mikayıl müəllim, bir o qədər də ordumuzun o vaxtki təminatı haqqında məlumat verin. Əminəm ki, bu hər kəs üçün maraqlı olar.

– Ordunun təminatı yüksək deyildi, bir gülləyə belə qənaət edirdik. Bir çox xarici dövlətlər erməniləri silah-sursatla tam təchiz edirdilər. Bizə isə kömək edən yox idi. Təsəvvür edin ki, bizim atdığımız bir avtomat gülləsinə erməni artilleriya ilə bir mərmi atırdı. Şəhidlərimizin böyük əksəriyyəti də artilleriya mərmisindən həlak olublar. Amma onu mütləq qeyd etməliyəm ki, bütün bu texniki təminatın az olmasına baxmayaraq, əsgərlərimiz yorulmadan, usanmadan döyüşürdülər. Düşmənin bir neçə tankını və zirehli texnikasını məhv edə bilmişdik.

– Bu necə olmuşdu?

– Bir dəfə, düşmən tankı minaya düşməmək üçün dəmir yolu relsi ilə irəliləyirdi. Tankın lüləsi vahid trayektoriyada hərəkət edə bilir. Atəş nöqtəsindən bizi vura bilərdi. Uşaqlarımız tank əleyhinə mərmi ilə düşmən tankını lüləsindən vurdular. Lüləsindən vurulan tank isə ələ gəlmir.

– Şəkillərdə əyninizdə çox qəribə “bronejilet” var. Onun haqqında danışmağınızı istəyirəm.

– Bu “bronejilet”in tarixçəsini danışım. Döyüşlərin birində ermənini ağır yaralamışdıq, amma ölmədi. Əsgər yoldaşları onu döyüş meydanından çıxartmaq istəyəndə, gücləri çatmadı deyə jiletini çıxardıb, kənara atdılar və geri çəkildilər. Gedib bu jileti götürdük. Gördüm jilet doğrudan da çox ağırdır. Qarşısındakı ətəyi açırdın, dizlərinə qədər uzanıb səni qoruyurdu. Standart “bronejilet” dən çox fərqli idi, ermənilər bunu iki ədəd standart “bronejilet”in metal lövhələrindən yığmışdılar. 48 kiloluq “bronejilet” idi. Onu adi, sıradan bir şəxs geyinib heç bir saat da oturaqlı və ya ayaq üstdə dura bilmirdi. Bu qədər ağırlıq altında yalnız güclü idmançılar dayana bilərdi. Ondan sonra bütün döyüşlərimdə bu “bronejilet” əynimdə oldu.

– Döyüş meydanında avtomatınız, ehtiyat “maqazinlər”, üstəlik də 48 kiloluq “bronejilet”lə hərəkət etmək çətin olmurdu?

– Çox gənc idim, çevik idim. Həm də axı idmançı idim, döyüşə yollananda artıq qara kəmər ustası idim. Sovet Ordusunda uğurla xidmət etmişdim, peşəkar döyüşçü idim. Bir sözlə, elə bilirdim ki, mənə güllə batmaz. Ümumiyyətlə, sizə deyim ki, döyüş meydanında əsgərin ölməyəcəyinə inanması çox mühüm faktdır. Ən ağır döyüşlərdə, iki dəfə sinəmdən güllə dəydi, amma keçmədi, jilet məni qorudu. Həm də ölməyəcəyimə inamımın böyük rolu oldu. Sonuncu dəfə də həyatımı o “bronejilet” xilas etdi.

– Neçə dəfə yaralanmısınız?

– Xırda yaralar çox olub. Döyüşün ən qızğın vaxtında qoluma qəlpə dəyib, “lezva” ilə yaranı kəsib, qəlpəni çıxarmışam, sarıyıb, döyüşə davam etmişəm.Təkcə mən yox, əksər döyüş yoldaşlarım hər xırda qəlpə yarasından həkimə getmirdi. Həkimi gözləmək vaxt itkisi olduğundan, çalışırdıq ki, belə xırda yaraları özümüz “müalicə” edək…

Sonuncu dəfə isə möhkəm yaralandım. 21 aprel 1994-cü ildə, Biz Horadiz kəndi yaxınlığında Qarğabazarı deyilən əraziyə toplaşaraq Fizuli şəhərindən Cəbrayıla gedən avtomobil yolunun geri alınması üçün növbəti döyüş əməliyyatına başladıq. Həmin vaxt Erməni tankları bizi atəşə tutdular və atılan tank mərmilərindən biri mənim bir metrliyimdə partladı, qəlpə qabırğamı sındırmışdı, avtomatın lüləsi əlimdə əyilib yapışmışdı qundağına. Partlayan mərmi məni kənara atıb, başı üstdə təxminən 15-16 metr uzaqlıqda şumun içinə, torpağa basdırıb. Sonrasını mən xatırlamıram, yoldaşlarım məni oradan Əhmədbəyli kəndində yerləşən hospitala gətiriblər, həkimlər müayinə edəndən sonra “ciyəri partlayıb, yaşamayacaq” deyiblər. Məsləhət görüblər ki, “nə qədər ki, nəfəsi var, aparın evinə, hazırlıq görsünlər… Onsuz da öləcək, ailəsinin yanında ölsün…” Evdə isə bir həkim tanışımız deyib ki, “Mikayıl idmançıdır, onun ciyəri partlaya bilməz”. Məni Bakıya, hospitala gətiriblər, 1 il 6 ay hospitalda müalicə olunduqdan sonra həyata yenidən qayıtmışam. Bu gün bədənimdə hələ də qəlpələr gəzdirirəm. Hər dəfə qəlpə çapıqlarına baxıb ermənilərə olan nifrətimi qəlbimdə bir daha canlandırıram və qisas almaq üçün səbirsizlənirəm. Bir şeylə təsəlli alıram ki, mən şəhid dostlarımın qisasını artıqlaması ilə almışam. Lakin, əsas qisas günü hələ qabaqdadır..

– Müharibə veteranı kimi hərbi xidmətə yollanan gənclərimizə hansı tövsiyəni vermək istərdiniz?

– Bu gün gənclər günüdür. Belə bir gündə bütün gənclərimizin vətənpərvər ruhda böyüməsini arzulayıram. İstəyirəm ki, bizim tələbələrimiz və bütün gənclərimiz – sabahın əsgərləri əzmli olsunlar. Tövsiyəm odur ki, insan gərək hərbi xidmətə gedəndə ölümü yox, öldürməyi düşünsün. Baxın, son illər yol qəzalarında nə qədər gənc itirmişik. Dediyim odur ki, yəni ölüm hamı üçün var və nə zaman gələcəyi bəlli deyil. Öz təcrübəmə görə əminliklə deyə bilərəm ki, döyüşdən qorxmaq lazım deyil. İllərlə səngərdə oldum, bir dəfə də olsun ölümü düşünmədim, ona görə də ölümə qalib gəldim. Bu gün də həkimlərim məni görəndə deyirlər ki, sənə özümüzün yaratdığımız insan kim baxırıq, biz səni yenidən dünyaya gətirmişik… Həmin dövrdə ilk dəfə idi ki, xəstəxanada yatırdım. O vaxta qədər mənə bir dərman da vurulmamışdı. O qədər sağlam idim, sağ qalmağımda bunun da çox rolu olub. Bütün gənclərimizə idmanla məşğul olmağı məsləhət görürəm. Bir də ən önəmlisi, qorxmaz olsunlar. Mən ən qızğın nöqtələrə atılmaqdan qorxmurdum. Ən təhlükəli, riskli əməliyyatlara gedirdim. Əsgər birinci növbədə vətən sevgisi, ağıl və qorxmazlıqla silahlanmalıdır. Mən Ali Baş Komandanın təpədən – dırnağa silahlanmış əsgəriyəm və hər an onun əmrinə müntəzirəm. O, hücum əmrini verən kimi ön cəbhəyə yollanıb, gənclərlə birgə torpağımızın işğaldan azad edilməsi uğrunda döyüşəcəyəm.

Baxın, yenə demirəm ölümə gedəcəyəm, yox! Torpağ üçün, Vətən üçün, dövlətimiz üçün düşməni öldürməyə gedəcəyəm. Döyüşə gərək ölmək üçün yox, öldürmək üçün yollanasan!

 

https://youtu.be/ZyuD3ZR5U6U

2084 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna