NISA tələbələr üçün simulasiya oyunu keçirib

31 MAY 2015 | VIEWS:
1710

Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) NATO-Azərbaycan Beynəlxalq Məktəbi (NISA) Karyera Mərkəzinin təşkilatçılığı ilə “Kibertəhlükəsizlik” mövzusunda simulyasiya oyunu keçirilib. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə keçirilən oyunda ADİU-nun SABAH Qruplarında təhsil alan tələbələr iştirak edib.

NISA-nın İcraçı direktoru Tural Əhmədov simulyasiya oyununun tədrisdəki mahiyyəti və tələbələrin tənqidi təfəkkürünün inkişafında rolu barədə təqdimat edib. Sonra tələbələr qruplara bölünərək spesifik rollar əsasında komanda işi təşkil olunub. Yüksək dinamika və interkativ müzakirə şəklində keçən simulasiya oyunu tələbələrdə böyük maraq yaradıb.

Tədbirin sonunda tələbələrə NISA Karyera Mərkəzi tərəfindən sertifikat təqdim edilib.

1711 2