Ölkədə ilk dəfə 24 saat açıq olan UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir

24 YANVAR 2019 | VIEWS:
1908

UNEC-də 24/7 kitabxanasının ölkədə ilk dəfə olaraq fəaliyyətə başlaması haqqında Təhsil TV-də yerləşdirilmiş süjet böyük marağa səbəb olmuşdur.

Sujetdə qeyd edilir ki, ölkədə ilk dəfə olaraq 24 saat 7 gün fəaliyyət göstərən UNEC 24/7 kitabxanası müasir standartlara uyğun işıqlandırma və havalandırma sistemi, müasir proqram təminatı, yüksək sürətli fiber optik internet xətti və ən yeni parametrlərə sahib kompüterlərlə təchiz edilib.

Gündəlik 500-ə qədər oxucunun ziyarət etdiyi kitabxana, eyni zamanda, 104 oxucuya xidmət edə bilir. Gecə saatlarında qış imtahan sessiyasına burada 70-ə yaxın tələbə hazırlaşır.

3 mərtəbəli kitabxananın II və III mərtəbələrində ixtisaslaşmış və geniş fonda malik, açıq rəf sistemi ilə tərtib olunmuş oxu zalları fəaliyyət göstərir. Burada məşhur kitabxanaların elektron resurslarına, o cümlədən, “Oxford University”, “Cambridge University”, “The MIT”, “Duke University”, ECONBIZ, JSTOR, “Duke University Press” və EBSCO bazalarına daxil olmaq mümkündür.

Tələbələr M.F.Axundov adına Milli Kitabxananın 60 min kitab, 140 min qəzet və jurnal, 15 min dissertasiyadan ibarət elektron bazasından da istifadə edə biləcəklər. İstifadəçilər həmçinin “Web of Science” platformasının 126 626 məqalədən ibarət bazasına çıxış əldə edə bilərlər. Eyni anda 104 tələbəyə xidmət göstərmək imkanına malik kitabxana ümumilikdə 760 mindən artıq elektron resursa çıxışı təmin edəcək.

Tələbələrin sözlərinə görə, UNEC 24/7 kitabxanasında axtardıqları resursu qısa zaman ərzində və rahatlıqla tapa bilirlər. Burada Azərbaycan dili ilə yanaşı, İngilis, Rus və Türk dillərində dəsr vəsaitləri ilə tanış olmaq olar. Beynəlxalq elmi məlumat bazalarına çıxış hesabına tələbələrə burada dünyanın müxtəlif yerlərində yerləşən materiallarla tanış ola bilərlər.

Bu günlərdə isə Kitabxana dünyada geniş yayılmış “Beynəlxalq iqtisadiyyat: Nəzəriyyə və siyasət” (P.R.Kruqman, M.Obstfeld və M.J.Melitz), “Makroiqtisadiyyat” (O.Blanşar) və “Mikroiqtisadiyyatın əsasları” (K.E.Keys, R.C.Feyr və Ş.E.Oster) kitabları ilə zənginləşmişdir. Bu kitablar Azərbaycan dilinə UNEC mütəxəssislərinin iştirakı ilə “BP” şirkətinin dəstəyi ilə tərcümə edilmişdir.

<a href =”http://news.unec.edu.az/xeber/105-telebe/4777-olkede-ilk-defe-24-saat-achig-olan-unec-24-7-kitabxanasini-gundelik-500-e-geder-telebe-ziyaret-edir”></a>

1909 1