Pakistanın Azərbaycandakı səfiri UNEC-də

20 OKTYABR 2017 | VIEWS:
2029

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq UNEC-də İslam ölkələri səfirləri ilə görüşlər davam edir.

UNEC-in növbəti qonağı Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Said Xan Mohmand olub.

UNEC tələbələri ilə görüşdə Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin digər ölkələr üçün də örnək olduğunu bildirən Beynəlxalq əməkdaşlıq departamentinin rəhbəri Anar Kazımov ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarından danışıb. Qeyd edib ki, həmin yarışlar müsəlman aləmini bir araya gətirən ictimai hadisədir. Azərbaycan Respublikasının müstəqiliyini ilk tanıyan dövlətin məhz Pakistan İslam Respublikasının olduğunu vurğulayan A.Kazımov, iki ölkə arasında güclü iqtisadi-siyasi əlaqələrin olduğunu deyib. Pakistan dövlətinin Dağlıq Qarabağ problemində daima Azərbaycanı dəstəklədiyini və diplomatik sülh danışıqlarına töhfə verdiyini bildirib.

Səfir Said Xan Mohmand Azərbaycan və Pakistan arasında 25 illik əməkdaşlığa diqqət çəkərək, tarix, mədəniyyət və dünyəvi dəyərlər baxımından hər iki ölkənin xalqları arasında paralellər olduğundan danışıb.

Tədbirdə Pakistanın coğrafiyası, zəngin tarixi, inkişafı, mədəniyyəti, təbiəti, iqtisadiyyatı və təhsili haqqında sənədli film nümayiş etdirilib.

Azərbaycanda səfir kimi fəaliyyət göstərməkdən məmnun olduğunu vurğulayan diplomat UNEC tələbələrinin Pakistan ali təhsil sistemi, mübadilə şərtləri, müsəlman ölkəsi kimi özəllikləri, turizm imkanları ilə bağlı suallarını cavablandırıb.

Səfirlə görüşən UNEC rektoru, professor Ədalət Muradov İslam Həmrəyliyinin dünyada tolerantlıq mühitinin təşəkkül tapmasında, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasında, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfə olmasını və nümünəvi rol oynadığını vurğulayıb.

Said Xan Mohmand UNEC-in beynəlxalq arenada artan nüfuzunu, təhsil imkanlarını, tələbələrin intellektual səviyyəsini yüksək qiymətləndirərək, onlarla tanışlıqdan məmnunluğunu və Pakistan ali təhsil müəssisələri ilə əməkdaşlığın qurulmasında yardımçı olacağını bildirib.

2030 1
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna