Pensilvaniya Dövlət Universitetində “Azərbaycanın ali təhsil modeli” mövzusunda təqdimat keçirilib

18 NOYABR 2015 | VIEWS:
1786

Noyabrın 16-da Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov ABŞ-ın Pensilvaniya Dövlət Universitetində “Azərbaycanın ali təhsil modeli” mövzusunda geniş təqdimatla çıxış edib.

Ş.Bayramov Azərbaycanda yeni ali təhsil modelinə keçid prosesinin başa çatdırılması, respublikamızda özəl ali təhsil müəssisələrinin yaradılması və ölkəmizin Boloniya prosesinə qoşulması məsələləri barədə danışıb. Azərbaycan universitetlərində Avropa Kredit Transfer Sisteminin (ECTS) tətbiqi xüsusiyyətləri, ali təhsildə yeni ixtisaslaşma istiqamətlərinin yaradılması təcrübəsi, ali təhsil sahəsində idarəetmənin təşkili prinsipləri, ali təhsilin maliyyələşdirilməsinin yeni mexanizmi və ali təhsil müəssisələrinə qəbul modeli haqqında ətraflı məlumat verib. Azərbaycanda ali təhsilin inkişaf etdirilməsi üzrə dövlət siyasətinin əsas prioritetləri, “Azərbaycan 2020: gələcəyə baxışİnkişaf Konsepsiyası ilə müəyyən edilən əsas hədəflər və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər Pensilvaniya Dövlət Universitetinin professor, müəllim və tələbələrinin marağına səbəb olub.

Ölkəmizə dair bir sıra ümumi məlumatların da yer aldığı təqdimatın sonunda Ş.Bayramov tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

1787 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna