shamsaddin

“Beynəlxalq iqtisadi münasibətlər” kafedrasının müdiri i.e.d., prof. Hacıyev Şəmsəddin Hümmət oğlu

e-mail: sh.hajiyev@unec.edu.az

1950-ci il noyabrın 8-də Ucar rayonunda anadan olmuşdur.

1966-cı ildə orta məktəbi bitirmiş və D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna (indiki Azərbaycan Dövlət iqtisad Universiteti) daxil olmuşdur. 1970-ci ildə institutu bitirdikdən sonra təyinatla Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi Tədqiqat İqtisadiyyat İnstitutuna iqtisadçı vəzifəsində işləməyə göndərilmişdir. 1971-ci ildə həmin institutun aspiranturasına qəbul olmuş və 1974-cü ildə təhsilini başa vurmuşdur. 1981-ci ilə kimi həmin institutda kiçik elmi işçi, baş elmi işçi və bölmə müdiri vəzifələrində çalışmışdır.

1981-ci ildə müsabiqədən keçərək Azərbaycan Xalq Təsərrüfatı İnstitutuna baş müəllim;
1986-cı ilin noyabrında dosent vəzifəsinə seçilmişdir.
1989-cu ildə “Ticarətin iqtisadiyyatı və idarə edilməsi” kafedrasına müdir təyin olunmuşdur.
1993-1996-cı illərdə “Marketinq və xarici iqtisadi əlaqələr”;
1996-2000-cı illərdə “Marketinq və beynəlxalq iqtisadi münasibətlər”;
2001-ci ildən “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına rəhbərlik edir.

1980-cı ilin yanvarında “Azərbaycan SSR-nin pərakəndə mal dövriyyəsi və onun planlaşdırılmasının təkmilləşdirilməsi yolları” mövzusunda namizədlik dissertasiya işini Q.V.Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunda müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 1999-2001-ci illərdə T.Şevçenko adına Kiyev Milli Universitetin Beynəlxalq Münasibətlər İnstitutunun doktorantı olmuşdur. 2001-ci ilin iyun ayında həmin institutda “Azərbaycanın xarici iqtisadi strategiyasının formalaşması və inkişafı” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin ildə də 08.00.14. – “Dünya təsərrüfatı və beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə respublikada ilk və indiyə qədər yeganə iqtisad elmləri doktoru alimlik dərəcəsini almışdır.

1992-ci ildə dosent, 2004-cü ildə professor elmi adını almışdır. 110-dan çox elmi əsərin müəllifidir.

3 noyabr 2004 – 5 mart 2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru olmuşdur.
2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmişdir. Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri olub. Hazırda Milli Məclisin deputatıdır.
10 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

1280 1