orucali_zaqatala555Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru prof. Rzayev Orucəli Hüseynqulu oğlu

e-mail: unec.zf@unec.edu.az

1956-cı il may ayının 11-də Ermənistan Respublikasının Masis (Uluxanlı) rayonunda anadan olub.

1973-cü ildə Bakı şəhəri 173 N-li orta məktəbi bitirib. Həmin ildə Gəncə Dövlət Universitetinin riyaziyyat ixtisasına qəbul olunub. 1977-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin edilib.

1978-1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmətdən sonra həmin institutda əmək fəaliyyətini davam etdirib.

1981-1984-cü illərdə Gəncə Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edib.

1984-cü ildən baş laborant işləməyə başlayıb. 1988-ci ildən Ümumi texniki fənlər (hazırda Tətbiqi riyaziyyat və mexanika) kafedrasının müəllimi işləmişdir. Sonrakı illərdə həmin kafedranın baş müəllimi, dosenti və professoru vəzifələrində işləyib.

1987-ci ildə namizədlik, 2004-cü ildə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.
2004-cü ildən professordur.

1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.
4 avqust 2008-ci ildən 6 noyabr 2012-ci ilə kimi Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının direktoru işləyib.
7 noyabr 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının direktoru işləyib.
26 avqust 2016-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktorudur.

100-dən artıq elmi-metodiki kitab, metodik göstəriş və məqalənin müəllifidir.

18 oktyabr 2011-ci ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 10 may 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.

1982-ci ildən ailəlidir. İki övladı var.

orucc_0641orucc_0745orucc_162920oruccla11

“Elm günləri” UNEC-in Zaqatala filialında davam etdirilib (04.11.2016)

Müstəqil Azərbaycan dövləti Heydər Əlievin şah əsəridir (19.10.2016)

UNEC-in Zaqatala filialının açılışı olub (15.09.2016)

264 1