Qazaxıstanın Nazarbayev Universitetinin təmsilçiləri UNEC- də

23 FEVRAL 2018 | VIEWS:
1998

Qazaxıstanın Nazarbayev Universitetinin nümayəndə heyəti UNEC-də olub.

Universitetin marketoloqu Yuliya Kaufman ilə İctimai Siyasət fakultəsinin dekanı Venq Tat Huy UNEC-in Beynəlxalq Əməkdaşlıq Departamentinin rəhbəri Sənnur Əliyev ilə görüşüblər. Tərəflər hər iki universitet arasında tələbə-müəllim mübadiləsi, müxtəlif tədqiqat sahələri üzrə əməkdaşlıq istiqamətlərini müzakirə ediblər. Görüşdə UNEC və Nazarbayev Universiteti arasında ikitərəfli əməkdaşlıq üzrə müqavilənin imzlanamasına dair ilkin razılıq əldə edilib.

Səfər çərçivəsində qonaqlar UNEC-in məllim və tələbələri ilə də görüşüblər. Müəllimlərlə görüşdə UNEC-in pedaqoji heyətinin Nazarbayev Universitetinin tədrisi ingilis dilində olan İctimai Siyasət Fakultəsinin təhsil proqramlarında iştirakı mövzusunda fikir mübadiləsi aparılıb. Tələbələrə isə universitetin tədris və mübadilə proqramları haqqında məlumat verilib, İctimai Siyasət fakultəsinin magistr və doktorantura proqramlarından bəhs edilib.

1999 1