Radio UNEC-də yeni tələbə layihəsi: “Günün trendi”

28 APREL 2016 | OXUNUB:
662

IMG_20160428_101657Aprelin 28-dən Radio UNEC-də yeni tələbə layihəsi efirdə olacaq. “Günün trendi” adlanan layihədə tələbələrin ən çox müzakirə və maraq göstərdikləri mövzular dinləniləcək. İlk verilişin müzakirə mövzusu “Mütaliə mədəniyyəti”dir.

“Günün trendi” hər həftənin cərşənbə axşamı və cümə axşamı saat 12:00-da “Radio UNEC”-də yayımlanacaq.

Layihənin aparıcıları UNEC-in SABAH qrupunun 2-ci kurs tələbəsi Firəngiz Quliyeva və Əmtəəşünaslıq fakültəsinin II kurs tələbələsi Sədaqət Məmmədlidir.

Radio UNEC-i dinləmək üçün: http://radio.unec.edu.az/

663 1