Radio UNEC təqdim edir: “ UNEC MÜƏLLİM”

03 NOYABR 2016 | OXUNUB:
581

Radio UNEC yeni tələbə layihəsilə dinləyicilərinin qonağı olacaq. “UNEC MÜƏLLİM”  verilişinin qonaqları universitetin tanınmış professor-müəllim heyəti, o cümlədən, dünyanın aparıcı universitetlərinin məzunları olmuş müəllimlər olacaqlar.

Verilişdə UNEC-də tədrisin keyfiyyətinin yüksəldilməsinə xidmət edən layihələrdən danışılacaq, dəyərli müəllimlər öz təcrübələrini tələbələrlə bölüşəcəklər.

UNEC-in professor-müəllim heyətini daha yaxından tanımaq, onlarla  səmimi, qeyri-rəsmi söhbətə qoşulmaq istəyənlər hər həftənin çərşənbə axşamı saat 15:00-da “UNEC MÜƏLLİM”  verilişini izləməyi unutmasınlar.

Layihənin müəllifi, eyni zamanda verilişin aparıcı Biznes və menecment fakultəsinin ikinci kurs tələbəsi  İlkin Cəlilovdur.

582 1