Rumıniyalı tələbələr UNEC magistri olmaq istəyirlər

13 APREL 2018 | VIEWS:
7173

20180403_153921UNEC-in müəllimləri Erasmus+ beynəlxalq mübadilə proqramı çərçivəsində Rumıniya Respublikasının Piteşti Universitetində olublar.

UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktor müavini, “Beynəlxalq İqtisadiyyat” (ingilis dilli) kafedrasının dosenti İnara Rzayeva “Dünya iqtisadiyyatı” fənni üzrə bakalavrlara “Globallaşma proseslərinin dünya iqtisadiyyatına təsiri”, “Beynəlxalq ticarətin dünya iqtisadiyyatında inkişaf tendesiyyaları” və “Azərbaycanın Avropa Birliyi ölkələri ilə xarici ticarət əlaqələri (o cümlədən Rumınıya ilə olan iqtisadi əlaqələr)” mövzusunda muhazirələr oxuyub.

UNEC-in “Beynəlxalq iqtisadiyyat” (ingilis dilli) kafedrasının müəllimi, iqtisad elmləri namizədi Anar Məmmədov isə Piteşti Universitetində “Bank işi” fənnini tədris edib. O, rumıniyalı tələbələrə “Mərkəzi Bank sistemi və Mərkəzi Bankların funksiyaları”, “Mərkəzi banklarda tətbiq olunan kəmiyyət və keyfiyyət kontrol metodları”, “Uçot faiz dərəcələri” və “Açıq bazar əməliyyatları” mövzusunda muhazirələr oxuyub.

Səfər çərçivəsində müəllimlər tələbələrin UNEC-də təhsilin magistratura pilləsi ilə bağlı suallarına da cavablandırıblar. Magistr təhsilini UNEC-də davam etdirmək istəyən rumıniyalı tələbələrə Azərbaycanda təhsil sistemi, UNEC-in Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi, eləcə də UNEC Biznes Məktəbi barədə məlumat verilib, burada həyata keçirilən ikili diplom proqramlarından bəhs edilib.

7174 56