erzaq_sevda_fotob/m. Əhmədova Sevda Ömər qızı

1952-ci il iyunun 4-də Zaqatala şəhərində anadan olmuşdur.

1959-cu ildə həmin şəhərin 1 N-li orta məktəbinə daxil olub,
1969-cu ildə məktəbi qızıl medalla bitirmişdir.

1969-cu ildə Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti) daxil olmuş, 1974-cü ildə institutun Texnologiya fakültəsini bitirmişdir. İnstitutu bitirdikdən sonra təyinatla Azərittifaqa işləməyə göndərilmişdir.

1975-1976-cı illərdə mühəndis-texnoloq, 1976-1977-ci illərdə Azərittifaqın Azərbaşkoonyeyinti sənayesi idarəsində mühəndis-iqtisadçı, 1977-1979-cu illərdə təchizat şöbəsinin mühəndisi, 1979-1983-cü illərdə təchizat şöbəsinin baş əmtəəşünası işləmişdir. 1983-1998-ci illərdə Bakı Kooperativ Texnikumunda müəllim işləmişdir.

 

 

 

*

1985-1988-ci illərdə Moskva Kooperativ İnstitutunun pedaqoji fakültəsində oxuyub,
Ərzaq mallarının əmtəəşünaslığı fənninin müəllimi ixtisasını almışdır.

2001-2006-cı illərdə İqtisad Universitetinin «İstehlak mallarının keyfiyyət ekspertizası» kafedrasında saathesabı ilə müəllim, 2006-cı ildən həmin kafedrada baş müəllim vəzifəsində işləmişdir.

2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin «Ərzaq mallarının əmtəəşünaslığı və ekspertizası» kafedrasının baş müəllimidir.

2 dərs vəsaiti, 1 metodik göstəriş, 7 proqram, 10 elmi məqalə nəşr etdirmişdir.

Ailəlidir, iki qızı və nəvələri var.