Azərbaycanın İslam dünyasında yeri və rolu

19 APREL 2017 | VIEWS:
1934

UNEC-də “İslam Həmrəyliyi ili” çərçivəsində keçirilən növbəti mühazirə “Azərbaycanın İslam dünyasında yeri və rolu” mövzusunda olub.

UNEC-in “Humanitar fənlər” kafedrasının baş müəllimi İbrahim Babayev mühazirədə IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğunu qeyd edib. Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra milli-mənəvi dəyərlərin qorunması istiqamətində atdığı addımlardan danışıb. Ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi sivil və strateji siyasət nəticəsində Azərbaycanın dünya birliyinə sürətlə inteqrasiya etməsini qeyd edib. İ.Babayev 2016-cı ilin “Multikulturalizm ili” elan olunması və bunun məntiqi davamı olaraq IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsini Azərbaycanın İslam dünyasında və coğrafiyasında çox böyük nüfuza sahib olduğunun təsdiqi kimi qiymətləndirib.

Mühazirənin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

1935 2