Azərkitab tələbələri tematik görüşlərə dəvət edir

20 NOYABR 2017

Azərkitab – Kitab Təbliğat Mərkəzində ölkənin nüfuzlu elm, mədəniyyət korifeyləri, görkəmli yazıçı və şairləri ilə tematik görüşlərin, o cümlədən yeni nəşrlərin təqdimatının keçirilməsi nəzərdə tutulub.

Xalqımızın mədəni, ədəbi, elmi irsinin öyrənilməsi, gənc nəslin dünyagörüşünün artırılması, o cümlədən onların mütaliəyə daha çox maraq göstərməsi məqsədilə təşkil olunan tədbirlərdə tələbələrlə universitet müəllimləri arasında disputlar da keçiriləcək.

Azərkitab – Kitab Təbliğat Mərkəzindəki tədbirlərə qatılmaq istəyən UNEC tələbələri fakültə dekanlığına müraciət edə bilərlər.