vusala_3248.b.f.d. Musayeva Vüsalə Hacı qızı

14 iyun  1975-ci ildə Tərtər  rayonunda  anadan  olmuşdur.

1992-ci ildə  Tərtər rayon  1 saylı  orta  məktəbi gümüş  medalla bitirmişdir. 1993-1997-ci illərdə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun  “Qeyri-ərzaq malları əmtəəşünaslığı” ixtisası üzrə bakalavr, 1997-1999-cu illərdə isə   həmin institutun  eyniadlı ixtisası üzrə magistr səviyyəsində təhsil alaraq  fərqlənmə diplomları ilə bitirmişdir.

V.H.Musayeva 1999-cu ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunun “Qeyri-ərzaq mallarının əmtəəşünaslığı” kafedrasında baş laborant kimi əmək fəaliyyətinə başlamışdır.    2000-ci ildən saathesabı dərs aparmışdır . 2001-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “İstehlak mallarının ekspertizası” kafedrasının assistenti, 2003-cü ildən baş müəllim vəzifəsində çalışmış, 2020-ci ildən  isə “Mühəndislik və tətbiqi elmlər “ kafedrasının  baş müəllimidir.

2014-ci ildə AMEA-nın  Mikrobiologiya İnstitutunun dissertanturasına daxil olmuş, 2021-ci ildə  namizədlik dissertasiyasını müdafiə edərək Biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

51 elmi-metodiki əsərin (26 tezis, 17 məqalə, 5 tipik  proqram, 1 avtoreferat,  2 dərslik)  müəllif və həmmüəllifidir.

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC)  tədrisin keyfiyyətinin yüksəldilməsi, onun təşkili prosesində mövcud problemlərin müəyyən edilməsi üçün “keyfiyyət elçisi” vəzifəsinə seçilmişdi.

UNEC-in 90 illik yubileyi münasibətilə yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasındakı xidmətlərinə görə  UNEC rektorunun  Fəxri Fərmanı ilə  təltif olunmuşdur.

Mühəndislik fakültəsi üzrə YAP koordinatorudur.

Ailəlidir, bir övladı var.