Differensial Əməkhaqqı Sisteminin təkmilləşdirilməsi məqsədilə təkliflərin qəbuluna başlanılır

25 MAY 2018 | VIEWS:
1384

ThinkstockPhotos-488006230-628x419Hörmətli professor-müəllim heyəti!

UNEC Differensial Əməkhaqqı Komissiyası hazırda universitetdə tətbiq edilən “Differensial Əməkhaqqı Sistemi”ni 2018-2019-cu tədris ili üçün daha da təkmilləşdirmək məqsədilə təkliflərin toplanmasına başlayıb. Sistemin təkmilləşdirilməsi ilə bağlı hər hansı bir təklifi olan əməkdaşlardan təkliflərini 30 may 2018-ci il tarixinə qədər [email protected] ünvanına göndərmələri xahiş olunur.

Xatırladaq ki, bütün təklfilər UNEC-in rektorunun iştirakı ilə 8 iyun 2018-ci il tarixində keçiriləcək görüşdə müzakirəyə çıxarılacaq. Görüşə təklif müəllifləri də dəvət ediləcək.

UNEC news

1385 1