“Dissertasiya qaydalarına tələblər, əsas elmi nəticələrin nəşri, plagiat faktı, tətbiqi qaydaları, müzakirə və müfafiəsi”

16 MART 2018 | VIEWS:
1680

UNEC-də “Dissertasiya qaydalarına tələblər, əsas elmi nəticələrin nəşri, plagiat faktı, tətbiqi qaydaları, müzakirə və müfafiəsi” mövzusunda seminar keçirilib.

Seminarda UNEC-in Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov elmi və pedaqoji kadr hazırlığının hüquqi əsaslarından danışıb. O, Azərbaycan Respublikasında və xaricdə dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər haqqında məlumat verərək, akademik etika qanunlarının işlənməsinin vacibliyini vurğulayıb. UNEC-də son dövrlər təhsilin doktorantura səviyyəsi üzrə yeni, məqsədəuyğun standartların işlənib hazırlandığını bildirən Z.Məmmədov bu mövzuda təlim və seminarların müntəzəm təşkilinin tədqiqatçıların bu sahədə maariflənməsi üçün əsas şərt olduğunu bildirib.

Seminar doktorant, dissertant və tədqiqatçıların müzakirələri ilə davam edib.

1681 1