valida1

c.e.n., dos. Mehdiyeva Validə Zülfüqar qızı

e-mail: [email protected]

1947-ci ildə Tərtər rayonunda anadan olub. 1963-cü ildə orta məktəbi, 1968-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib.
Müxtəlif dövrlərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, dosent vəzifələrində işləyib.

1985-ci ildə namizədlik dissertasiyası müdafiə edərək coğrafiya elmləri namizədi alimlik dərəcəsi alıb.

80-dən çox metodik göstəriş, metodik vəsait, elmi məqalə, dərs vəsaiti, dərslik və monoqrafiya nəşr etdirib. Bunlardan «Məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi», «Dünyanın iqtisadi və sosial coğrafiyası». «Qlobal problemlər  və təbii mühit», «Təbii resurstar və davamlı inkişaf», «Azərbaycan Respublikası­nın təbii şəraiti, təbii ehtiyatları və onların iqtisadi-ekoloji qiymətləndirilməsi» və sair dərsliklərini göstərmək olar.

2011-ci ildən 2022-ci ilə kimi «Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı» kafedrası­nın müdiri vəzifəsində çalışıb.

Hazırda “İdatəetmə və sosial innovasiyalar” kafedrasının dosentidir.

İqtisad Universitetinin 85 illik yubileyi münasibəti ilə təhsilin səviyyəsinin qaldırılması, dünya standartlarına və dünya elminə uğurla inteqrasiya olunması, həmçinin universitetdə təhsil alan gənc nəsli yüksək ixtisaslı mütəxəssis kimi yetişmələri ilə yanaşı onların Vətən, millət, dövlət sevgisini əməllərində təcəssüm etdirən bir ziyalı, bir insan kimi formalaşması sahəsində  göstərdikləri fəaliyyətinə görə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.

 ELMİ ƏSƏRLƏRİN SİYAHISI 

 dos. V.Mehdiyeva UNEC NEWS-da 

Azərbaycan Prezidenti UNEC müəllimlərini təltif edib (04.10.2017)
UNEC müəllimlərinin Türkiyə universitetlərinə səfəri səmərəli oldu
 (16.02.2017)
Süleyman Dəmirəl Universiteti UNEC müəllimlərinin səfərindən yazıb
 (13.02.2017)
“Təmiz Şəhər”in “Re-Life” layihəsi UNEC-də
 (29.11.2016)
UNEC-in “Qabaqcıl təhsil işçisiləri” (24.12.2015)

valida_1787valida_178915133927_1191876147527103_1389541564_oIMG_2921turk_0006(1)muallim_foto3249563780701_n

5048 1