“Erasmus+” təqdim edir: Mikolos Romeris Universiteti ilə müəllim mübadiləsi

11 DEKABR 2017 | VIEWS:
3975

MRU_logotipas_spalvotas1UNEC-in müəllimlərinə Litvanın Mikolos Romeris Universitetində dərs demək imkanı təklif olunur.

Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən “Erasmus+” Beynəlxalq Mübadilə Proqramı çərçivəsində UNEC-in müəllimlərinə Litvanın Mikolos Romeris Universitetində dərs demək təklif olunur. Proqram müəllimlərin yol və gündəlik xərclərini qarşılayır.

Mübadilədə iştirak etmək istəyən müəllimlər tədris edəcəkləri fənnin ingilis dilində sillabusunu, eləcə də CV və pasportlarını dekabrın 15-dən 20-dək UNEC-in Beynəlxalq Əlaqələr Departamentinə təqdim edə bilərlər.

Daha ətraflı məlumat üçün Beynəlxalq Əlaqələrlər Departamentinə müraciət edə bilərsiniz: UNEC-in əsas tədris binası, 115-ci otaq. Telefon 492-60-45, Afət Ələkbərova.

3976 1