mamed_aslanov_texnf-r.e.n, b/m. Aslanov Məmməd Səməd oğlu

01.03.1956-cı ildə Şəki rayonunun II Biləcik kəndində anadan olmuşdur.

1974-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsində təhsil almışdır.

1975-77-ci illərdə hərbi xidmətdə olmuşdur.

1982-1995-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) “Texnoloji proseslərin avtomatik idarə edilməsi” problem laboratoriyasında əvvəlcə laborant, sonra isə kiçik elmi işçi kimi elmi fəaliyyətə başlamışdır.

1991-ci ildə Azərbaycan Respublikası EA-nın “Dərin neft və qaz yataqları problemləri institutu”nun dissertanturasına qəbul olunmuş və 06.04.1998-ci ildə “Çoxlaylı yataqlarda temperaturlar meydanının və neftin isti su ilə sıxışdırılmasının hesabat üsullarının işlənməsi” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və ona Mexanika elm sahəsinin 01.02.05 – “Maye, qaz və plazma mexanikası” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi verilmişdir.

1995-2001-ci illərdə AzTU-nun “Riyaziyyat-2” kafedrasında böyük laborant və həmin kafedranın nəzdində fəaliyyət göstərən “Bəzi qeyri-stasionar proseslərin riyazi modelləşdirilməsi” ETL-da əvəzçiliklə 0.5 ştat elmi işçi vəzifəsində işləmişdir.

2001-2003-cü illərdə AzTU-nun “Riyaziyyat” kafedrasında baş müəllim (əmr əsasında), 2003-2007-ci illərdə həmin kafedrada böyük laborant, 2007-2012-ci illərdə assistent (müsabiqə əsasında), 2012-2014-cü illərdə baş müəllim (müsabiqə əsasında) işləmişdir.

*

2014-cü ilin sentyabr ayından 05.2016-cı ilə kimi “Riyaziyyat” kafedrasının nəzdində fəaliyyət göstərən “Maşınların möhkəmliyi və dinamikası” ETL-da, “Bəzi qeyri-stasionar proseslərin riyazi modelləşdirilməsi” ETL-da isə əvəzçiliklə 0.5 ştat aparıcı elmi işçi vəzifəsində işləmişdir.

04.05.2016-cı ildən 13.09.2017-ci ilə kimi yeni yaradılmış “Tribotexnika” ETL-da 1.0 ştat böyük elmi işçi vəzifəsində işləmiş, 15.09.2017-ci ildən hal-hazıra kimi həmin laboratoriyada 0.5 ştat əvəzçiliklə  böyük elmi işçi vəzifəsində işləyir.

2003-2017-ci illərdə BDU-nun Mexanika-riyaziyyat “Nəzəri mexanika və dütöv mühit mexanikası” kafedrasında saathesabı və əvəzçiliklə müəllim və baş müəllim vəzifələrində dərs yükü aparmışdır.

2004-2006-ci illərdə AzTU-da namizədlik dissertasiyalarının müdafiəsini keçirən N02.171 Dissertasiya Şurasının nəzdində fəaliyyət göstərən Elmi seminarın  elmi katibi olmuşdur.

2011-2016-cı illərdə Dakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən FD.02.016  Dissertasiya Şurasının üzvü olmuşdur.

25 sentyabr 2017-ci il tarixindən Azərbaycan Dövlət İqtisad Universitetinin rektorunun № 714/3/2017 saylı əmri ilə “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasına baş müəllim vəzifəsinə təyin edilmişdir.

Elmi-pedoqoji fəaliyyətimi əks etdirən 60-dan çox elmi əsərin, o cümlədən 1 müəlliflik şəhadətnaməsinin, 1 dərsliyin, 5 dərs vəsaitinin, 2 metodiki vəsaitin və 56 dərc olunmuş elmi məqalənin müəllifidir.

Ailəlidir, bir oğlu, bir qızı və iki nəvəsi var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI