bux_vaqif_fotoi.e.n., dos. Quliyev Vaqif Məhərrəm oğlu

10 noyabr 1950-ci ildə Gürcüstan Respublikası Bolinisi rayonunun Ayorta kəndində anadan olmuşdur.

1972-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət Universitetini) bitirmiş və həmin ildə təyinatla Azərbaycan SSR Dövlət Əmək Əmanət kassaları idarəsində inspektor-mühasib vəzifəsində işləmişdir.

1976-1979-cu illərdə Ümumittifaq Kənd Təsərrüfatının İqtisadiyyat İnstitutunda aspiranturada təhsil almış, 1981-ci ildə orada namizədlik dissertasiyası müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1974-1987-ci illərdə Azərbaycan Respublikası Elmi-Tədqiqat Kənd Təsərrüfatının iqtisadiyyatı və Təşkili İnstitutunda kiçik və baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində işləmişdir.

1998-ci ildən İqtisad Universitetinin “Mühasibat uçotu” kafedrasının dosenti olub.

2006-cı ildə Uçot-iqtisad fakültəsinin dekan müavini vəzifəsində işləyib.
2005-ci ildən Azərbaycan Respublikasının Mühasibat uçotu üzrə Məsləhət Şurasının üzvüdür.

Hazırda UNEC-in “Mühasibat uçoti və audit” kafedrasının dosentidir.

 

*
Dərslik, dərs vəsaiti, 100-ə qədər elmi-metodoloji və praktiki yönümli əsərlərin müəllifidir.

2017-ci ilin noyabrında UNEC-də “Elm aylığı” çərçivəsində professor-müəllim heyəti, doktorant, gənc tədqiqatçı, magistr və tələbələr arasında “Müasir dövrdə Azərbaycanın sosial-iqtisadi inkişafi strateji yol xəritələrinin əsas istiqamətləri konteksində” mövzusunda keçirilən elmi məqalə müsabiqəsində qalib olub.

Ailəlidir, iki övladı var.

DSC_8441vaqif28chaciyev_ezelov__vaqif5973niyazi_azer_vaqif

dos. V.Quliyev UNEC NEWS-da

Gürcüstandakı azərbaycanlılar UNEC-i seçir (11.06.2018)
Elmi məqalə müsabiqəsinin qaliblərini tanıyın
 (10.11.2017)