II Milli Mühasiblər Forumu

22 FEVRAL 2018 | VIEWS:
1519

forum_2018Aprelin 28-də Şamaxıda Vergilər Nazirliyinin Tədris Mərkəzində II Milli Mühasiblər Forumu keçiriləcək.

İki gün davam edəcək forum Vergilər Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər Birliyi və SİNAM şirkətinin birgə təşkilatçılığı ilə baş tutacaq.

Forumda mühasibat uçotu sahəsində dövlət tənzimlənməsi, vergi qanunvericiliyi və mühasibat uçotu, büdcə və QHT sektorunda uçot və hesabatın təşkili problemləri, kommersiya qurumlarında uçot və hesabatın problemləri, mühasibat proqramları təminatında müasir çağırışlar, təhsil və sertifikasiya, mühasibat uçotu üzrə karyera və şəxsi inkişaf imkanları mövzuları üzrə bölmələr təşkil olunacaq.

Forum çərçivəsində, həmçinin 2018-ci ilin mühasibat uçotu sahəsində ilin ən yaxşı mühasibat uçotu kitabı, məqaləsi, jurnalı, təlimçisi və proqramı nominasiyaları üzrə müsabiqələr də keçiriləcək. Forumda iştirak üçün qeydiyyat artıq başlayıb.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

1520 1