“İnsan kapitalı nəzəriyyəsinin təkamülü”

UNEC-in Maliyyə və Mühasibat fakültəsində “İnsan kapitalı nəzəriyyəsinin təkamülü” mövzusunda seminar keçirilib. Tədbirdə fakültə nəzdində fəaliyyət göstərən “Maliyyə və maliyyə institutları”, “Mühasibat uçotu və audit”, “Statistika”, “Nəzəri və praktiki iqtisadiyyat”, “Xarici dillər” və “Mülki müdafiə” kafedralarının professor-müəllim heyəti iştirak edib.

“Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının müdiri, professor Ümüdvar Əliyev kapital nəzəriyyələri haqqında məlumat verib. Məruzəçi Azərbaycanda hal-hazırda insan kapitalının inkişafı ilə əlaqədar olaraq görülən işlərdən, həyata keçirilən tədbirlərdən və hökümətin məqsədyönlü fəaliyyətindən geniş bəhs edib.

Seminar iştirakçılarından iqtisad elmləri doktorları, professor Sifariz Səbzəliyev, professor Nizami Xudiyev, professor Rasim Nəbiyev, dosent Zöhrab Paşayev, dosent Akif Məmmədov, dosent Gəray Musayev məruzəçiyə müxtəlif suallar verib.

Məruzə ətrafında iqtisad elmləri doktoru, professor Telman Babayev çıxış edib.

Sonda mütəmadi olaraq fakültədə keçirilən elmi-nəzəri və praktiki seminarların əhəmiyyəti vurğulanıb, onların bundan sonra da davam etdiriləcəyi iştirakçıların nəzərinə çatdırılıb.

*

DSC_8088 DSC_8096 DSC_8101 DSC_8105