UNEC nəzdində Sosial-İqtisadi Kollecinin direktoru Mübariz Qafarşah oğlu Hacıbəyov

M.Hacıbəyov Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, 2005-ci ildə riyaziyyat üzrə fəlsəfə doktoru, 2018-ci ildə isə riyaziyyat elmləri doktoru elmi dərəcəsini almışdır.

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Riyaziyyat və Mexanika İnstitutunda çalışıb və Milli Aviasiya Akademiyasında Ali riyaziyyat kafedrasının professoru vəzifəsini icra edib.

*

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2025-ci ilin sentyabrında UNEC nəzdində Sosial-İqtisadi Kollecinə direktor vəzifəsinə təyin edilib.