bank_ramiz_foto

Prof. Rzayev Ramiz Mürsəl oğlu

1938-ci il noyabr 8-də Naxçıvan MR Ordubad şəhərində anadan olmuşdur.

1961-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini bitirmişdir.

1965-ci ilə qədər təyinatla SSRİ Dövlət Bankının Azərbaycan kontorunda kredit inspektoru (iqtisadçı) vəzifəsində işləmişdir.

1965-1968-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyasının İqtisad İnstitutunun aspirantı olmuş, Q.M.Plexanov adına Moskva Xalq Təsərrüfat İnstitutuna ezam edilmişdir.

1969-cu ilin fevral ayında namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.

1969-cu ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim, dosent, kafedra müdiri vəzifələrində çalışıb.

2014-cü ildə ”Bank işinin əsası” adlı dərs vəsiti hazırlamışdır.

2016-cı ilin dekabrında təqaüdə yola salınıb.

Evlidir, iki övladı və iki nəvəsi var.

*

Elmi əsərləri (2010-2014):

100-ə yaxın tezis, elmi məqalə, dərslik, dərs vəsaitinin müəllifidir. İki dərslik və dərs vəsaitini azərbaycan dilinə tərcümə etmişdir.

  • Seyidov O.U “Pul, kredit, banklar” 100 suala imtahan cavabı. 2009
  • Rudiy K.U. “Xarici ölkələrin maliyyə, pul və kredit sistemləri” dərs vəsaiti. Bakı-2009 (tərcümə).
  • Banklar haqqında. normativ hüquqi aktivlər toplusu. 2009
  • X. Hüseynov, B.Muradov, R. Əliyev, P.Muradova. “Банковское дело” учебное пособие. Научный редактор. 2010

ramiz9277ramiz_0383ramiz_0397

UNEC-in fəxri professoru təqaüdə yola salınıb (09.12.2016)