Tanınmış yazıçı UNEC-in qonağı olub

08 OKTYABR 2015 | VIEWS:
2396

Oktyabrın 8-də görkəmli yazıçı və şair Elxan Elatlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub. UNEC-in “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin “Kitabsevərlər Klubu”nun təşkilatçılığı ilə keçirilən görüşdə yazıçı tələbələrə yaradıcılğı, əsərləri, prototipləri haqqında danışıb.Yaradıcılıq təcrübəsini onlarla bölüşüb. Gənc nəsildə kitaba olan marağın getdikcə artmasını yüksək qiymətləndirən qonaq, kitab oxumağın, mütaliənin üstünlüklərini vurğulayıb.

Görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb.

Elxan Elatlı universitetin onlayn radiosu “Radio UNEC”-ə müsahibə verib, dinləyicilərə həyat və yaradıcılığı haqda danışıb.

Qeyd edək ki, Elxan Elatlının 14 kitabı işıq üzü görüb.  O, “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. “Qan ləkəsi”, “Xəyanət”, “Bakıdan gələn xəfiyyə”, “Yeddinci mərtəbədə qətl” əsərlərinin müəllifidir.

2397 1