UNEC alimi konfransda İqtisad Universitetinin idarəçilik sistemindən danışıb

25 NOYABR 2016 | VIEWS:
2186

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı və SIGMA-nın birgə təşkilatçılığı ilə “Dövlət idarəçiliyinin prinsipləri: beynəlxalq təcrübə və inkişaf perspektivləri” adlı konfrans keçirilib.

Konfransda dövlət nümayəndələri, komitə sədrləri, millət vəkilləri, şirkət rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Biznes və menecment fakültəsinin dekanı, dosent Miraga Əhmədov “Menecment” kafedrasının müdiri, professor Kamil Şahbazov da iştirak ediblər. M.Əhmədov konfransda UNEC-də aparılan yeni təhsil islahatlarının tərkib hissəsi olan səmərəli idarəetmə sistemindən danışıb. Elektron universitet modeli, differensial əmək haqqı sistemi, dünyanın nüfuzlu universitetlərinin məzunlarının işə cəlb edilməsi, ikili diplom proqramları, “start up” layihələri, “HORİZON 2020” proqramında iştirakı, Mövlanə proqramları barədə məlumat verib.

Sonda UNEC-in SİGMA proqramı ilə əməkdaşlığı qeyd olunub.

2187 1