UNEC-də elmi konfrans

18 MAY 2016 | VIEWS:
2494

Azərbaycan Dövlət İqtisad Universitetində “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının tələbə elmi dərnəyinin elmi konfransı keçirilib. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunub.

Konfransda tələbələr nəzəri iqtisad elminə və iqtisadi problemlərə aid mövzularla çıxış ediblər.

Sonra məruzəçilərin çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib. 3 tələbəyə Fəxri fərman, 28 tələbəyə isə sertifikat verilməsi haqqında qərar qəbul edilib.

2495 1