UNEC-də “Lingo Gladius” layihəsinin seçim turu keçirilib

02 MART 2016 | VIEWS:
2100

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı və “Reduco” Tədris  Mərkəzinin tərəfdaşlığı ilə “Linguo Gladius” layihəsinin seçim turu keçirilib. Seçim turu ingilis dili bilikləri və ümumi dünyagörüşü ilə bağlı hər birində 10 sual olmaqla 4 mərhələdən ibarət olub. Yarışda iştirak edən 19 komanda arasında gərgin keçən mübarizənin sonunda ən çox xal qazanan 4 komanda layihənin final mərhələsinə vəsiqə qazanıb:

  1. APORİA (29 xal)
  2. Venera (27 xal)
  3. RENİRA (26 xal)
  4. Gambatte (26 xal)

Layihənin final mərhələsi martın 7-də keçiriləcək. Final mərhələsində komandaların iştirakçıları yarışa fərdi şəkildə qoşulacaq. İştirakçılar işgüzar və gündəlik həyatda ingilis dilinin rolu mövzusunda təqdimat hazırlayacaqlar.

 Bütün komandalara uğurlar arzulayırıq!

2101 1