UNEC-də “Muğam saatı”

11 OKTYABR 2017 | VIEWS:
2024

UNEC-in İqtisadiyyat fakültəsində “Yaradıcılıq qrupu” fəaliyyətə başlayıb.

“Yaradıcılıq qrupu”nun ilk görüşündə fakültə dekanı, dosent Asiman Quliyev bildirib ki, qrupun məqsədi xüsusi istedadı ilə fərqlənən tələbələrin asudə vaxtını daha da səmərəli təşkil etməkdir. Ayda bir dəfə “Yaradıcılıq qrupu”nun bədii-ədəbi tədbirinin keçiriləcəyini vurğulayan A.Quliyev ilk görüşün Azərbaycan klassik xalq yaradıcılığı musiqisinin əsas janrı olan “Muğam”a həsr edildiyini bildirib.

Mədəniyyətimizin qədimiliyi və zənginliyi, bunun bir parçası olan muğam haqqında tədbir iştirakçılarını məlumat verən fakültə katibi Pərviz Səmədov Azərbaycan musiqisinin dünya mədəniyyəti üçün dəyərini vurğulayıb. Bildirib ki, Azərbaycan milli musiqisi öz zənginliyi və bəşəriliyi ilə diqqət çəkir. UNESCO-nun “Bəşəriyyətin şifahi və mənəvi irsinin şedevrləri siyahısı”nda muğamın yer alması və heyrətamiz musiqi kimi diqqəti cəlb etməsi onun əzəmətindən xəbər verir.

Görüşdə Azərbaycanın qədim tarixə malik xalq musiqisi olan “Sarı Gəlin” haqqında məruzə təqdim olunduqdan sonra II kurs tələbəsi Murad Zeynalov mahnını ingilis dilində ifa edib. Mərhum sənətkar Vahid Abdullayevin həyat yoldaşı Kamilə Abdullayeva isə “Uca Dağlar” xalq mahnısını oxuyub. UNEC-in I kurs tələbəsi Yusif Cəfərzadənin ifasında muğam və xalq mahnıları professor-müəllim heyətinin marağına səbəb olub.

Xanəndə-tələbələri Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin solistləri Ülfət Həsənli və Ağanəbi Nəbiyev müşayət ediblər.

2025 1