“UNEC Ekspert”in xüsusi buraxılışı: “Strateji Yol Xəritələri”

28 MAY 2017 | VIEWS:
2162

Ölkədə aparılan iqtisadi islahatların istiqamət və hədəfləri barədə ictimayyəti analitik ekspert araşdırmaları ilə təmin etmək məqsədilə “UNEC Ekspert” jurnalının Strateji Yol Xəritələrinə həsr olunan xüsusi buraxılışı işıq üzü görüb.
Jurnalın bu sayında neftin iqtisadi inkişaf drayveri rolunu itirməsindən sonra post-neft dövrünə dinamik keçidin təmin edilməsi məqsədilə qeyri-neft sahələrinin inkişaf etdirilməsi ilə bağlı islahatlar mənzərəsi tam təsvir edilib və islahatların fəlsəfi mahiyyəti açıqlanıb. Belə ki, jurnalda ölkə iqtisadiyyatının sahə və sektorları üzrə aparılan bütün islahatları təhlil edən ekspert yazıları yer alaraq, “Strateji Yol Xəritələri” tam əhatə olunub.

Jurnalda milli iqtisadiyyatın innovasiyalı inkişafı məsələləri, iqtisadiyyatda dövlətin dəyişən rolu, milli maliyyə sisteminin riskləri, ölkənin qeyri-neft ixrac potensialının reallaşdırılması imkanları, kənd təsərrüfatının və turizm sektorunun inkişaf istiqamətləri təhlil edilərək ekspert təklifləri yer alıb. Eyni zamanda neft gəlirlərinin istifadəsinin yeni “qızıl qaydası”na xüsusi yer ayrılıb. Beynəlxalq bazarlarda “Made in Azerbaijan” brendinin təşviqi üzrə kompleks və sistemli tədbirlərin həyata keçirilməsinə yönəlik təkliflər irəli sürülüb.

Bununla bərəbər, jurnalda ölkədə aparılan iqtisadi islahatların və iqtisadi siyasətin sosial yönümlü olduğunu əks etdirən sosial evlər və kiçik və orta sahibkarılığın inkişaf perspektivləri ilə bağlı islahatlara dair araşdırma-analitik məqalə və ekspert şərhləri oxucuların dıqqətinə çatdırılır.

Jurnalda UNEC ekspertlərinin məqalələrində yer alan Bakının regional maliyyə mərkəzinə və beynəlxalq təcrübənin tətbiqilə nəqliyyat-tranzit qovşağına çevrilməsi perspektivləri ilə bağlı təhlil yazıları geniş oxucu kütləsinin marağına səbəb olacaq.

2163 1