UNEC ikili diplom və mübadilə proqramlarını uğurla davam edir

23 NOYABR 2018 | VIEWS:
2587

UNEC dünyanın nüfuzlu universitetləri ilə bakalavr, magistr və MBA təhsili üzrə ikili diplom və mübadilə proqramları həyata keçirir.

UNEC-də bakalavr pilləsi üzrə Montpellier Universiteti, magistr pilləsi üzrə Litvanın Mikolas Romeris Universiteti, MBA üzrə isə İsveçrənin UBİS (University of Business and International Studies) Universiteti ilə ikili diplom proqramları reallaşdırılır.

UNEC bu istiqamətdə digər nüfuzlu ali təhsil müəssisələri ilə də əməkdaşlığı genişləndirir. Belə ki, 2019/2020-ci tədris ilindən UNEC-də ABŞ-ın Linkoln Universiteti ilə bakalavr və MBA, Rusiyanın Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə bakalavr, Türkiyənin Uludağ Universiteti ilə magistratura pilləsi üzrə ikili diplom proqramlarının həyata keçirilməsi nəzərdə tutulub. Fransanın İCD Paris Biznes Məktəbi və Montpellier Universiteti ilə də MBA təhsili üzrə ikili diplom barədə razılaşmalar əldə olunub.

Hazırda isə UNEC-in 47 tələbəsi ikili diplom, Erasmus+, Mövlana proqramları və ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində təhsillərini Avropanın və Türkiyənin nüfuzlu universitetlərində davam etdirir. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ mübadilə  proqramı və ikitərəfli əməkdaşlıq çərçivəsində 7 tələbə Almaniyanın Siegen Universiteti, 2 tələbə Fransanın Montpellier Universiteti və 4 tələbə Litvanın Mikolos Romeris Universitetində təhsil alır. Mövlana proqramı ilə isə UNEC-in 24 tələbəsi Türkiyənin Haccəttəpə, Uludağ, Sakarya, Qazi, Yıldız Teknik, Atatürk, Səlcuk və Mersin universitetlərində mübadilədə iştirak edir.

UNEC-in ikili diplom proqramlarına qoşulan tələbələrin sayı da ildən-ilə artmaqdadır. Hazırda UNEC-in 10 tələbəsi nüfuzlu Montpellier Universiteti ilə ikili diplom proqramı çərçivəsində Fransada təhsilini davam etdirir.

Qeyd edək ki, 2017/2018-ci tədris ilində UNEC-in 5 tələbəsi Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramının məzunu olub. İkili diplom proqramının ilk iştirakçılarına UNEC-in Məzun günündə Montpellier Universitetinin diplomu təqdim edilib.

<a href=”http://news.unec.edu.az/xeber/124-beynelxalg-emekdashlig/4443-bold-red-unec-ikili-diplom-ve-mubadile-programlarini-ugurla-davam-edir-bold-red”></a>

2588 3
WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - Baywin - deneme bonusu veren siteler - deneme bonusu veren siteler - deneme bonusu - sahabet - onwin - ip stresser