UNEC-in Tələbələrarası Boulinq Çempionatının finalı keçirilib

18 MAY 2016 | VIEWS:
2044

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Tələbələrarası Boulinq Çempionatının final oyunları keçirilib.

Final mərhələsində yarışan 3 komandanın qalibi 503 xalla “Bimbulls” olub. “Strike” komandası 472 xalla II, “Student Club”isə 423 xalla III yeri qazanıb.

Sonda qalib komandaya Student Club Azerbaijanın üzvlük və endirim kartı təqdim edilib.

Yarışma UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsi və Student Club Azerbaijanın təşkilatçılığı ilə baş tutub.

2045 1