UNEC-in TEMPUS UNIVIA layihəsi çərçivəsində təlim-seminar keçirilib

03 NOYABR 2015 | VIEWS:
1969

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) koordinatoru olduğu “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi” adlı TEMPUS UNIVIA layihəsi çərçivəsində 26 oktyabr-6 noyabr tarixlərində Layihənin Avropa tərəfdaşlarından olan İspaniyanın Malaqa Universitetində (University of Malaga) təlim-seminar keçirilir.

İki həftəlik təlim-seminarda layihənin tərəfdaşları olan Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Poltava İqtisadiyyat və Ticarət Universteti (Ukrayna), Qırğızıstan Beynəlxalq Universiteti (Qırğızıstan) və Tacikistanın Sahibkarlıq və Xidmətlər İnstitutunun (Tacikistan) müvafiq əməkdaşları iştirak edirlər.

Tədbirdə Layihənin koordinatoru olan UNEC-i Beynəlxalq Əlaqələr Departamentinin əməkdaşları təmsil edirlər. Malaqa Universitetinin Beynəlxalq əlaqələr ofisi tərəfindən birgə təşkil edilən seminarlarda beynəlxalq əlaqələrin təşkili mexanizmi, tərəfdaş universitetlərin seçilməsi meyarları, tələbə və müəllim mübadiləsinin reallaşdırılması təcrübəsi, əcnəbi tələbələrin cəlb edilməsi, universitetin beynəlxalq arenada uğurlu təbliğatı, marketinq tədbirləri, effektiv veb-sayt və sosial media fəaliyyəti, beynəlxalq təhsil layihələrində iştirak və digər istiqamətlər üzrə mühazirələr oxunacaq və müzakirələr aparılacaq.

Təlimin ilk həftəsində iştirakçılar İspaniyanın Andalusiya bölgəsinin ən iri universiteti olan Malaqa Universitetinin kampusları (tədris binaları), fakültə və kitabxanalarına baxış keçirib, univeristetin və beynəlxalq əlaqələrin strategiyası,  beynəlxalq əlaqələr ofisinin strukturu və əməkdaşlarının fəaliyyəti ilə yaxından tanış olublar.

Seminar çərçivəsində son iki ildə həyata keçirilən Erasmus+ proqramının KA1 və KA2 istiqamətlərindəki layihələrinin işlənilməsi və icra mexanizmləri haqqında geniş təqimat verilib və UNEC-in bu layihələrdə iştirakçı olması imkanları müzakirə olunub.

Qeyd etmək lazımdır ki, seminar zamanı hər bir əməkdaş universitetinin təqdimatı keçirilərkən UNEC-də son iki il ərzində aparılan uğurlu islahatlar iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

1970 1