UNEC-in Zaqatala filialında Novruz şənliyi

19 MART 2018 | VIEWS:
2037

UNEC-in Zaqatala filialında Novruz bayramı qeyd edilib.

Tədbirdə Novruz bayramını əks etdirən xonça, şirniyyatlar sərgilənib, milli oyunlar və adət-ənənələr nümayiş olunub. Şənliyə qatılan filialın direktoru, professor Oruc Rzayev bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli-mənəvi dəyərlərimiz təbliğində Novruzun xüsusi yeri olduğunu bildirib.

Sonra universitetin həyətində Novruz tonqalı alovlandırılıb. Tələbələr tonqal ətrafında dövrə vuraraq rəqs edib, maraqlı konsert proqramı ilə çıxış ediblər. Bayram şənliyi universitetin kollektivinin böyük sevincinə səbəb olub.

2038 2