UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin yeni sədrini tanıyın – Şahin Həsənov

16 OKTYABR 2017 | VIEWS:
1202

shaxin555İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin UNEC nümayəndəliyi yaradılıb.

UNEC İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin ilk iclası keçirilib. Birliyin təsisçisi, UNEC məzunu Səməd Rzazadə İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyinin son illərdə həyata keçirdiyi layihələrdən bəhs edib. İki il ard-arda təşkil edilən “Kitab at!” layihəsinin ictimaiyyətin marağına səbəb olduğunu bildirərək, bu il də mütaliə mədəniyyətini inkişaf etdirən layihələrin birliyin prioritet məsələlərindən olacağını diqqətə çatdırıb.

İclasda birliyin UNEC nümayəndəliyinin sədri seçilməsi müzakirə edilib. UNEC-in Türk Dünyası İşlətmə fakültəsinin III kurs tələbəsi Şahin Həsənov səs çoxluğu ilə növbəti iki il müddətinə nümayəndəliyin sədri seçilib.

Qeyd edək ki, Ş.Həsənov 2016/17-ci tədris ilində UNEC-in tələbə rektoru olub.

1203 1