UNEC kollektivi şəhid məzunlarının məzarı başında

13 APREL 2016 | VIEWS:
4402

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rəhbərliyi, kollektivi və tələbələri son günlər cəbhə xəttində gedən döyüşlərdə qəhramancasına şəhid olan UNEC məzunlarının məzarını ziyarət ediblər.

Kommersiya fakültəsinin dekanı Mirağa Əhmədov 2015-ci ildə Kommersiya fakültəsindən məzun olan Tural Dadaşov haqqında danışaraq, onun nümunəvi tələbə olduğunu bildirib. Turalın təhsildə yüksək nəticələr göstərməsi ilə yanaşı, universitetin ictimai həyatında da fəal rol oynadığını diqqətə çatdırıb. 2014-cü ildə İqtisadiyyat və sənaye fakültəsindən məzun olan Mahir Mirzəyevlə bağlı xatirələrini dilə gətirərək, onun UNEC-ə yüksək balla qəbul olunduğunu bildirib. Mahirin vətənpərvərliyə aid bütün tədbirlərdə fəal iştirakından danışıb.

Şəhidlərin məzarı önünə əklillər qoyulüb, ruhlarına dualar oxunub.

UNEC kollektivi və tələbələr şəhid Tural Dadaşovun yaşadığı evə də gediblər. Şəhidin ailə üzvləri ilə görüşdə Vətənə layiqli övlad böyütdüyü üçün valideynlərinə təşəkkür edib, bu gün xalqın Tural kimi oğullarla qürur duyduğunu bildiriblər.

Allah rəhmət eləsin.

4403 1