“UNEC Kuboku – 2017”nin yarımfinalçıları bəlli oldu

17 NOYABR 2017 | VIEWS:
838

UNEC KUBOKU“UNEC Kuboku-2017” futbol turnirinin son qrup oyunu keçirilib.

B qrupunda yer alan “UNEC Drivers” komandası “Bussines and Managment”lə mübarizə aparıb. Qrupda keçirdiyi oyunların hamısında məğlub olan “Bussines and Managment” komandası bu dəfə 7:4 hesabı ilə sürücülərə qalib gəlib. Bu qələbə “UNEC Drivers” komandasının yarımfinala çıxmaq şansına son qoyub. Yarışın nəticələrinə görə “UNEC Security” komandası yarımfinala vəsiqə qazanıb.

“UNEC Drivers” komandasında qolların müəllifi Seymur Əliyev (3) və Muxtar Məmmədov (1), “Bussines and Managment” komandasında isə Əbdülkərim Sadıqov (1), Azər Məmmədov (3) və Əli Əhmədov (3) olub.

Qrup oyunlarının nəticələrinə görə yarımfinala “UNEC United”, “İqtisadçılar”, “Finance-Accounting and SABAH”, “UNEC Security” komandaları çıxıb. Yarımfinalda “Finance-Accounting and SABAH” “İqtisadçılar”la, “UNEC United” isə “UNEC Security” ilə qarşılaşacaq. Oyunların keçirilmə tarixi haqqında məlumat veriləcək.

Turnir cədvəlində komandaların son nəticəsi aşağıdakı kimi olub:

N A QRUPU O Q H M T-F X
1 UNEC United 4 3 1 0 36-13 10
2 İqtisadçılar 4 2 1 1 27-21 7
3 UNEC Sport Club 4 1 3 0 13-12 6
4 TÜDİFAK 4 1 0 3 8-19 3
5 UNEC Beynəlxalq İqtisadiyyat FC 4 0 1 3 10-29 1

*

N B QRUPU O Q H M T-F X
1 Finance-Accounting and SABAH 4 4 0 0 39-7 12
2 UNEC Security 4 2 0 2 22-17 6
3 UNEC RESH 4 2 0 2 22-19 6
4 UNEC Drivers 4 1 0 3 14-23 3
5 UNEC Business and Managment 4 1 0 3 12-43 3
839 1