UNEC və ADA universitetinin tələbələri əməkdaşlıq edəcək

22 FEVRAL 2016 | VIEWS:
3895

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyi (İTEFY) ilə ADA Universiteti “Bermud” qrup arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memorandumun məqsədi tələbələr arasında əməkdaşlığın təşviq edilməsi, birlikdə iqtisadi araşdırmaların aparılması, layihə və konfransların təşkil olunmasından ibarətdir. Sənədi “İTEFY” İB-nin sədri Hidayət Kərimov və “Bermud” qrupun sədri Anar Soltanov imzalayıb. Tədbirdə hər iki tərəfin idarəetmə şurasının üzvləri iştirak edib.

3896 1